Quranda, Nisa surəsi 157-158-ci ayələrdə Hz. İsanın insanlar tərəfindən öldürülmədiyi və Allahın Hz. İsanı öz qatına qaldırdığı söylənilir. Burada keçən “ruh” kəliməsini Quranda qalan bütün ruhlar üçün də işlədir və əslində, Allah bütün ruhları öz qatına qaldırır, sadəcə peyğəmbərləri deyil. Məsələ burasındadır ki, heç bir Quran ayəsində “Hz. İsa ölmədi, sağdır” və ya “Hz. İsa ölmədi və yenidən gələcək” anlayışı yoxdur.
Ayrıca, Ənbiya surəsi 34-35-ci ayələrdə də Məhəmməd peyğəmbərə qədər də, sonra da kimsənin ölümsüz olmadığı vurğulanır. Buradan yola çıxaraq Maidə surəsi 117-ci ayədə Hz.İsanın yalnız öz yaşadığı dövrdə şahidlik etdiyi və Allahın onun canını aldıqdan sonra Özü insanlara şahidlik edəcəyini də Hz. İsanın öz dilindən bəyan edir:
“Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən.”
Bununla bitmir. Saf surəsi 6-cı ayədə Hz. İsanın vəzifəsi haqqında məlumat verilir və tamamlandığı da açıqdır. Nədir bu vəzifə? Budur: Təsdiq və müjdə. Hz. İsa özünə qədərki peyğəmbər və kitabları təsdiqləyərək insanları dəvət etdi və Hz. Muhammədin gələcəyini müjdə verdi. Özünün yenidən Məsih kimi gələcəyi müjdəsi isə heç bir ayədə göstərilməyib.
Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” (Allahın elçisi) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.
Hz. İsanın yenidən gəlişi haqda hədislərdə isə onun Ağ minarə adlı yerə zühur edəcəyi, Rəsulallahın şəriəti ilə hökm edəcəyi və donuzları öldürərək xaçları qıracağı bildirilir. Gəlin diqqət edək, Məhəmməd peyğəmbərin zamanında məscidlərdə minarələr olmayıb. Rəsulallahın dövründə minarə anlayışı yox idisə, Rəsulallah bu kəlməni necə işlətdi? Rəsulallahın sünnətində donuz öldürmək harda görülüb? Və ya, xaç qırmaq sünnətdirsə, nədən Rəsulallah müsəlmanları Həbəşistan hökmdarı xristian Nəcaşinin yanına yolladı?
Qiyamət əlaməti olaraq göstərilən Hz.İsanın zühuru anlayışı verilən Zuhruf surəsi 61-ci ayədə isə əlamət isə elə Quran özüdür. Naziya surəsi 42-44-cü ayələrdə Son saatın Rəsulallah tərəfindən belə bilinməməsi qətidir və Allah onun vaxtını gizli saxlayır. Araf surəsi 187-188-ci ayələrlə Qiyamətin qəflətən gələcəyini deyir. Qəflətən gələn şeyin konkret nə əlaməti ola bilər axı? Bu, necə hadisə və zamana bağlana bilər? Zuhruf surəsi 61-ci ayədə keçən əlamətə gəldikdə isə, burda konkret hal və hadisə, zaman və yer yox, bilgi mənbəyi göstərilir. O mənbə ki, enəndən bəri Son saatın mövcudluğu, şiddəti və muttəqi qurtuluşun müjdəsini verir. Ayrıca, ayənin sonunda gələn “hidayət rəhbəri odur” (yəni Quran) cümləsinə qarşılıq Bəqərə surəsinin 2-ci ayəsi gəlir. Hz.İsanın zühuru isə buna qarşılıq heç bir ayədə hidayət rəhbəri olaraq verilmir.
özünü dəyiş1Mehdinin zühuru anlayışı isə ümumiyyətlə, Quranda yoxdur. Və ümumiyyətlə, Quran bizə qurtarıcı anlayışını yalnız Quran olaraq verir və bu qiyamətə qədər belə davam edəcək. Bəs Quran bizdən nəyi istəyir sualına cavabı Mövdudi çox açıq və gözəl şəkildəverir: “Quran bizdən mehdiyi-muntazir (gözlənən yol göstəricisi) gözləməyimizi deyil, mehdiyi munzir (yaşayan yol göstəricisi) olmağımızı istəyir…” Hərəmiz öz üzərimizə düşəni edib camaatla birgə cəhd etsək, Quranın rəhbərliyi ilə müttəqilərin aqibətinə nail olarıq. Necə ki, Allah Rəd surəsi 11-ci ayədə buyurur:
Hər hansı bir toplumun fərdi öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da o toplumun tövrünü dəyişməz. (Rəd 13/11).
Müəllif: Vüsaləddin Rüstəmov
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi