Yunus (Yunis) surəsi
(Məkkədə nazil olmuşdur, 109 ayədir)
Bismillahirrəhmanir-rəhim!
- Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın (Quranın) ayələridir!
- İçərilərindən bir adama: İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ! deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır! dedilər.
- Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?
- Hamınızın (axır) dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. (Hamınız Onun hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu) yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün (qiyamət günü) yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli bir əzab gözləyir!
- Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!
- Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun birliyini və qüdrətini sübut edən) dəlillər vardır.
- Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların -
- Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!
- İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə (Cənnətə) qovuşdurar. (Bol nemətli) Nəim cənnətlərində onların (qəsrləri, köşkləri) altından çaylar axar. [Və ya Rəbbi onlara imanları müqabilində (ağacları) altından çaylar axan Nəim cənnətlərinə yol göstərər].
- Onların oradakı (möminlərin Cənnətdəki) duası: Pərvərdigara! Sən paksan, müqəddəssən!, orada salamlaşması: Salam! duası: Həmd olsun aləmlərin Rəbbi Allaha! sözləridir.
- Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o tezliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. (Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!
- İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.
- Sizdən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) peyğəmbərləri özlərinə açıq-aşkar möcüzələr gətirdikləri halda (onlara) zülm etdikləri və iman gətirəsi olmadıqları üçün məhv etdik. Biz günahkarları belə cəzalandırırıq.
- Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız!
- (Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq hesab üçün) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir! deyərlər. Onlara de: Mən onu özbaşına (istədiyim kimi) dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, (müsibəti) böyük günün (qiyamət gününün) əzabından qorxuram.
- De: Əgər Allah istəsəydi, mən onu sizə oxutmazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan (Quran nazil ediləndən) qabaq sizin aranızda (qırx il) ömür sürmüşəm. ( Bu müddət ərzində məni doğru danışan bir adam kimi tanıyırsınız. Qırx yaşından sonra mən sizə necə yalan deyə bilərəm?) Məgər (Quranın mənim sözlərim deyil, məhz Allah kəlamı olduğunu) dərk etmirsinizmi?
- Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola bilər? Günahkarlar nicat tapa bilməzlər!
- Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir! deyirlər. De: Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!
- İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir dində idilər). Sonra (aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar. Əgər Rəbbin tərəfindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (sorğu-sual və cəza qiyamətə saxlanılmasaydı), ixtilafda olduqları məsələlər barəsində aralarında dərhal hökm verilmişdi.
- Müşriklər: Barı, Peyğəmbərə (bizə dediklərinizin doğru olduğunu bilməyimiz üçün) Rəbbi tərəfindən bir möcüzə nazil ediləydi! deyirlər. Onlara belə cavab ver: Qeyb (aləmi) ancaq Allaha məxsusdur. Elə isə (Allahın əzabını gözləyin). Doğrusu, mən də sizinlə birlikdə gözləyləyənlərdənəm!
- İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik) dadızdırsaq, (ayələrimiz barəsində) dərhal hiylə qurmağa girişərlər. De: Allah daha tədbirlidir. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar!
- Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!
- Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik.
- Həqiqətən, (nemətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!
- Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola salır!
- Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!
- Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!
- O gün onların hamısını (haqq-hesab çəkmək üçün bir yerə) yığacaq, sonra müşrikləri: Siz də, Allaha qoşduğunuz şərikləriniz (bütləriniz) də yerinizdə durun! deyəcək və onları (bir-birindən, yaxud başqalarından) ayıracağıq. Şərikləri (bütlər) dilə gəlib deyəcəklər: Siz bizə ibadət etmirdiniz.
- Sizinlə bizə aramızda təkcə Allahın şahid olması yetər. Biz (eşitməz, görməz və duymaz olduğumuz üçün) sizin bizə ibadət etməyinizdən xəbərsiz idik!
- Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər (hesabat) verəcək və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. (Müşriklərin) uydurub düzəltdikləri bütlər isə onlardan (uzaqlaşıb) qeyb olacaqlar.
- (Ya Rəsulum!) De: Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar: Allahdır! deyəcəklər. De: Bəs onda Allahdan qorxmursunuz?
- O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə (haqdan) necə döndərilirsiniz?
- (Allahın itaətindən çıxmış) fasiqlərin iman gətirməyəcəkləri barədə Rəbbinin sözü (hökmü) belə gerçək oldu. (Və ya: fasiqlər iman gətirməyəcəkləri üçün Rəbbinin hökmü-cəzası onlara belə vacib oldu).
- (Ya Rəsulum!) De: Allaha qoşduğunuz şəriklər içərisində məxluqu (insanları) yoxdan yaradan, sonra onu (öldürüb qiyamət günü haqq-hesab üçün yenidən həyata) qaytara bilən bir kəs varmı? De: Allah məxluqu yoxdan yaradır, (öldükdən) sonra onu (yenidən dirildib əvvəlki halına) qaytarır. Elə isə (haqdan) necə döndərilirsiniz?
- De: Şərikləriniz içərisində (insanları) haqq yola yönəldə bilən bir kimsə varmı? (Sənə cavab verə bilməyən müşriklərə) de: Allah (insanları) haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?
- Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz. Allah nələr etməkdə olduğunuzu biləndir!
- Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur!
- Yoxsa: (Peyğəmbər) onu özündən uydurdu! deyirlər. De: Əgər doğru deyirsinizsə, ona (Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!
- Xeyr, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu (müşriklərə, kafirlərə vəd edilmiş əzab) onlara gəlib çatmamış Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər də (Allahın əmrlərini, ilahi kitabları, öz peyğəmbərlərini) təkzib etmişdilər. Bir gör zalımların axırı necə oldu!
- (Kafirlər) içərisində ona (Qurana) inanan da var, inanmayan da. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyandır!
- Əgər səni yalançı hesab etsələr, de: Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!
- Onların içərisində (Quran oxuyarkən) səni dinləyənlər (lakin onu qəbul etməyənlər) də vardır. (Onun) ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə biləcəksən?!
- Onların içərisində sənə baxanlar da (peyğəmbərliyini təsdiq edənlər, möcüzələri görənlər də) vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!
- Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!
- (Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün (qiyamət günü) onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər.
- (Ya Rəsulum! Kafirlərə) vəd etdiyimiz əzabın bir qismini sənə (dünyada) göstərsək də, yaxud (ondan əvvəl) səni axirətə qovuşdursaq (canını alsaq) da, bil ki, onların axır dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir!
- Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!
- (Kafirlər: ) Əgər doğru danışırsınızsa, (bir xəbər verin görək) bu vəd etdiyiniz qiyamət (və ya əzab) nə vaxt olacaq? deyə soruşarlar.
- (Ya Rəsulum!) De: Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər.
- De: Bir deyin görək. Əgər (Allahın) əzabı sizə gecə, yaxud gündüz gəlsə (nə edərsiniz)! Günahkarlar buna (əzabın gəlməsinə) niyə tələsirlər?
- O əzab gəldikdən sonramı ona inanacaqsınız? İndimi? Halbuki siz onun tez gəlməsini istəyirsiniz!
- Sonra zülm edənlərə: Dadın əbədi əzabı. Siz ancaq qazandığınız günahlara görə cəzalandırılırsınız!eyiləcək.
- (Ya Peyğəmbərim!) Səndən: O (bizi qorxutduğun əzab və ya qiyamət günü) doğrudurmu? deyə xəbər alacaqlar. Onlara belə cavab ver: Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İsveçdə ilk müsəlman nazir
Nuradan yeni fotossesiya - FOTO
Şahzadənin olduğu gəmi batdı
Özümüz olmadıq...
Doğru şampun istifadəsi
Leyla Əliyevanın əkizlərinə olan arzuları (FOTO)
Günün ulduz falı
Şuşaya qar yağdı, 28 il sonra ilk dəfə görüntüləndi - VİDEO
Məktəb çantası seçərkən nəyə diqqət etməli?
Bakıda qış bitdi?
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
Narşərab souslu salat (foto resept)
Aslı Muradı instagramdan sildi
Hava xəbərdarlığı
Azərbaycanda ən çox rast gəlinən kişi və qadın bəlası
Demet Akalın və Hande Yener 11 il sonra barışdılar
Praktik dırnaq boyası çəkmə üsulları
Prezident onlara fəxri adlar verdi - SİYAHI
"Qalatasaray" Con Terrini gözaltı edib
Hava kəskin dəyişəcək
Co Bayden ABŞ-a rəqib və təhlükə hesab etdiyi ölkələrin adını çəkdi
"Bəlkə yadplanetli axtarışı strategiyamız yalnışdır?"
Ariana Grande səhnədə yıxıldı-VİDEO
Bakı-2015-də bu idmançılarla yarışacağıq
64-cü "Emmy" mükafatında ulduzların geyimi
Sənədsiz evlərin sənədləşdirilməsi: vətəndaş nə etməli?
Venerada həyat axtaracaqlar
Paytaxt üzrə koronavirusa yoluxma ən çox hansı rayonunda qeydə alınıb?
"Feysbuk" statusları redaktə etmək funksiyasını ləğv etdi?
"1918-ci ilin mart hadisələri azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirilməlidir"
Günün qoroskopu:Uğurlu gündür!
Bakıda daşınmaz əmlak bazarında qiymətlərlə bağlı proqnoz
Saçlarını boyayan xanımların nəzərinə: bu səhvləri etməyin
Əhvala uyğun idman növü
Albalı souslu bisküvit (foto-resept)
Əl işlərim
Uşaqlar hansı hallarda məktəbəhazırlıq qruplarına qəbul olunur? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda çörəyi ilə seçilən kənd - VİDEO
Lerikdə plov festivalı keçirilir
Limon suyunun faydaları
Neil Patrick Harrisin bayram geyimləri
Bəstəkar Fərəc Qarayevin 70 illiyi qeyd olunacaq
Gözəl qocalmağın 9 yolu
Bu da internetlə bağlı statistika
Bakıda avtobuslarla bağlı daha bir yenilik
Fahriyyedən Buraka yeni QADAДћA -FOTO
Müharibə veteranları Bakıya gəlir
Azərbaycan son 12 ildə 1000-ə yaxın artilleriya sistemi alıb
Gəlin buketləri
Fironun maskası da yalanmış
- ŞƏRHLƏR