Zaman, bütün yaradılışı mənalandıran bir özgə yaradılışdır. Bu səbəblə Quranın, üzərinə ən çox and içdiyi şey, zaman anlarıdır.
Zaman üzərinə bu qədər and içilməsinin səbəbi, insan üçün "həyat" deməyə gələn zamana bir diqqət çəkişidir; əvəzsiz əldə edildiyi üçün əhəmiyyəti gözdən qaçan zamana.
Amma bu andların bundan daha əhəmiyyətli bir mesajı var: zamanı şahid tutmaq. "Vəl-əsr" demək "Zaman şahid olub dilə gəlsin" deməkdir. Sən ey zamana məruz qalan insan, zaman sənin şahidindir unutma. Səhər dilə gələcək, axşam dilə gələcək, gecə dilə gələcək, gündüz dilə gələcək, günorta dilə gələcək, şəfəq dilə gələcək, gün dilə gələcək, ay dilə gələcək və Ramazan dilə gələcək
Ramazan şahid olub dilə gəlirsə nələr söyləyəcək?
Kimiləri üçün "O məni tutdu, lakin mən onu tutmadım Ya Rəbbi" deyəcək. Kimiləri üçün "O məni tutdu, mən də onu tutdum Ya Rəbbi!" deyə şahid olacaq. Daha başqaları üçün "Nə o məni tutdu, nə mən onu tutdum" deyəcək. Biz bunlardan hansına girəcəyik. Ramazan bizim haqqımızda Rəbbinə nələr deyəcək?
Zamanın bəzi anlarını vəhy önə çıxarar. Bunların ən başında Qədr Gecəsi gəlir ki, Qurana görə "min aydan xeyirlidir." Qədr gecəsi isə, bu müqəddəsliyini, Quranın enməyə başladığı gecə olduğundan alır. Bu gecənin Ramazan ayı içərisində iştirak edən gecələrdən biri olduğunu da, biz, yenə Qurandan öyrənirik.
Bu halda, Ramazan orucu, bir mənada, Quranın doğum günü, gecəsi içərisində iştirak etdiyi üçün, hamısını oruc tutaraq qeyd etdiyimiz Ramazan yenə gəldi; Yaxşı, Ramazanın səbəbi hikməti olan Quran da gəldimi?
Ramazanı idrak edən hər mömin, bu sualı özünə verməli. Həyatında Quranın nə qədər iştirak etdiyinə baxmalı. Ad gününü təmtəraqlıilə qeyd etdiyi nur topu 'uşağın', özünə nə olduğunu soruşmalı. Quransız bir Ramazan orucu tutmanın; uşağı öldürüb, ad gününü qeyd etmək, kimi bir şey olduğunu düşünməli...
"Ey Ramazan!" deməli; gəlirkən eşqsizlikdən səhraya dönmüş ürəklərimizə, Quranın rəhmət buludlarını da gətir ki, yatan idraklarımız, Quranın sağaltıcı nəfəsiylə oyansın. Darıxmayan, sızlamayan, inləməyən, yanmayan ürəklərimiz darıxsın, sızlasın, inləsin və yansın. Və insan, qəlbinə doğru edəcəyi səfərdə qəlbinin çəpərlərinə yapışaraq tutumunun sərhədlərinə dayansın.
Bütün bunların reallaşa bilməsi üçün, Ramazanın festivallaşmasının və "diyet ayı"na çevrilməsinin qabağına keçmək lazımdır. Ramazanı festivallaşdıranlar, Ramazan bayramını da "Şəkər Bayramı"na çevirəcəklər. Halbuki Ramazan "bədən tərəfindən kiçilib, ruh tərəfindən böyümə"nin təlim keçildiyi bir zaman dilimidir.
Ramazan bir ruh bəslənməsidir ki, bu ayda insanın heyvani tərəfi, nəfsi, iç motivləri, şəhvəti, ehtirası və dünyəviləşmə ehtirası geriyə çəkilib insani tərəfi önə keçər.
Ramazan illik ruh baxımıdır. Oruc insanda, ürəyə doğru bir səfər reallaşdırmanın vasitəsidir. Ürəyə, yəni insanın öz özünə. Əgər, səfərini davam etdirməyi gözə alarsa, orada qarşılaşacağı, yenə özü; ən təbii, ən maskasız, ən yalın halıyla öz mənliyi olacaq.
İnsan, bu səfərin sonunda, özüylə görüşəcək, bitişəcək, tanış olacaq və barışacaktır; Yəni 'silm'ə (barış), təslimiyyətə və salamatlığa (Qurtuluşa) çatacaq. Özüylə barışıq olan, heç şübhəniz olmasın, həqiqətlə barışıq olar. Özüylə davalı olan isə, başda Allah olmaqla, həqiqətlə, təbiətlə, insanlıqla davalı olar.
İçindən keçdiyimiz bu keşməkeşli və sürüşkən zaman dilimində hamımız, saxta və sintetik gündəmlərin bombardmanı altında özümüzü itiririk. Baxın indi, fürsət;
Ramazan! Həqiqi və ilahi gündəm. Daha doğrusu Ramazan şahidimiz.
Kim istəməz; "Ramazan şahid olsun ki mən onu o da məni tutdu!" deməyi?
XƏBƏR LENTİ
Tanınmış aktrisa üçüncü dəfə ərə gedir
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Cessika Simpson üçüncü dəfə ana oldu-FOTO
Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr
Melani Tramp plagiatda ittiham olunur
Pulu qənaətlə necə xərcləməli?
Kəndir bitkisi
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
Hanami
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar
Məşhur cütlük evləndi-FOTO
Sandra Bullok gizlincə ərə getdi-FOTO
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Açıq havada idman etmək
Dəbli çantalar
Türk blogger hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktyor keçmiş xanımı məhkəməyə verdi-SƏBƏB
Küsülü prezidentlər barışdı
Prezidentin köməkçisi xarici diplomatlarla yenidən Füzulidə
Yıldız Tilbe hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-14 Sentyabr
Türkiyə kuboku: "Fənərbağça" biabır oldu!
Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisinə 8 milyon manat vəsait ayrılıb
Tükləri sapla təmizləyirsinizsə...
Cəmi 8 həftəyə artıq kilolardan qurtulmaq istəyirsiniz?
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Qafqazlıların uzunömürlüyünün sirri kababda imiş
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Animasiya qəhrəmanları modern dünyada
Sərhədsiz erməni vandalizmi: Bir vaxtlar 100 min əhalisi olan Füzuli şəhəri hazırda...
20 yaşlı türk bütün İngiltərəni heyrətləndirdi
Milyarderlərin sayı rekord həddə çatıb
İrina Şeykin FOTOsu tarixinə görə diqqət çəkdi
Novruz Məmmədov “Hesabat”ın qonağı olub
İranla AEBA arasında nüvə danışıqları başladı
Gün ərzində xoşbəxtliyi necə tapmalı?
BÜRCLƏR bizə nə vəd edir?-17 yanvar
Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfədən çox azalıb
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Şahzadə həyatı
Soba alarkən diqqət edin
İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Bu ölkə koronavirusla mübarizədən imtina etdi:70 ölü
Mahsun Kırmızıgül qızının FOTOsunu paylaşdı
Nəvələrlə münasibət necə olmalıdır?
Bakıda maraqlı sərgi açıldı
Dərdlərə dərman zeytun (2)
Rus Dili dərs-11
"Qalatasaray" - "Yuventus": bu necə oldu?
Ona səbəb göstərin!
- ŞƏRHLƏR