Qadin.NET / Milli mentalitet yoxsa türk törəsi və ya milli dəyərlər?!

Milli mentalitet yoxsa türk törəsi və ya milli dəyərlər?!

Milli mentalitet yoxsa türk törəsi və ya milli dəyərlər?!

Sizin də ətrafımızdakı insanların da  zaman-zaman mənim də istifadə etdiyimiz" milli mentalitet " sözü tam mənası ilə anlaşılmasa da illərdir dillər əzbəri olmuşdur. Səbəbi bilinmir, amma nədənsə  bəzi anlarda qurtarıcı bir ifadə olaraq " milli mentalitetimizə  sığmaz" ,"milli mentalitetimizə uymaz" deyilir. Yəni "milli mentalitet " adlandırılan bu qavramı hər kəs işinə gəldiyi kimi, özünü müdafiə etmək və ya haqlı çıxarmaq üçün istifadə edir. Digər tərəfdən heç də bizim dilimizə uymayan  və dilimizdən olmayan bu kəlimənin  inadla bəziləri tərəfindən istifadə edilməsi  mənə görə qəbul ediləcək bir hal deyil. Bunun səbəbləri vardır. Bu yazımda "milli mentalitetin nə olduğundan", Türk törəsinin və  ya milli dəyərlərinin, milli mentalitetlə əlaqəsindən" bəhs edəcəyəm. Bütün bu qavramların anlamını , fərqliliklərini qeyd edərkən zaman-zaman tarixi abidələrdən örnəklərə də müraciət edəcəyəm və bu qavramları tarixi ardıcıllıqla izah etməyə çalışacağam. Bu səbəbdən sizlərə ilk öncə Türk törəsindən bəhs edəcəyəm. Çünki "Türk törəsi", "milli mentalitet" deyilən heç də biz Türklərin dilinə aid  olmayan qavramdan daha qədim və köklüdür.

Milli mentalitet yoxsa türk törəsi və ya milli dəyərlər?!

  Qədim və Dünya  tarixinin  səhifələrində önəmli yerə malik olan, Türk millətinin mədəniyyətinin əsasını təşkil edən ən önəmli qavramlarından biri də "Türk törəsi"dir. Fəqət son zamanlar bəzi Türk Dövlətlərinin çağdaş dilində ya bu qavram" Türk Törəsi" şəkilində işlədilmədən, alınma sözlərlə adlandırılır, anlamı tam olaraq anlaşılmır və ya "törə " deyincə qan davası, şiddət ağla gəlir. Bu isə bu mövzunun doğru anlaşılmadığına işarət edir. Hal belə olunca bu mövzunu günümüzdə araşdırmağın gərəkli olduğunu anladım. Bu səbəbdən bu məqaləni yazdım.

Türk millətinin tarixində və mədəniyyətində Türk Törəsinin mühüm və əhəmiyyətli yeri olduğunu qeyd etmişdik. Törənin önəmli olmasının bir səbəbi də Türk adının anlamından irəli gəlir. Bu günə qədər aparılan etimaloji araşdırmaların nəticəsində Türk adının bir çox məna ifadə etdiyi görülsə də, əsas olaraq Türk adının "törəmək, törəli, güclü qüvvətli" anlamları ifadə etdiyi daha  çox qəbul edilmişdir. Bu səbəbdən də Türk adının mənasının içərisində yer alan törə qavramı mədəniyyətimizin ən  qədim və ən önəmli ünsürlərindən biri olaraq dəyərləndirilməsi mütləqdir.

 Töre qavramı qədim Türk abidələrində, yazılarında, kitabələrində "ənənə,nizam,qanun" anlamında bir çox dəfə  qeyd edilir. Örnək olaraq "Bilgə Kağan " yazıtının doğu-şərq  tərəfinin ikinci sətirində “Üstte mavi gök, aşağıda yağız yer yaradıldıkdan sonra insan oğlunun yaradıldığı ve onların başına da Bumin ve İstemi Kağanların getirildiği, onların da Türk milletinin ülkesini ve töresini idare ve tanzim ettiği” yazılıdır (Orkun 1994: 28-29).(2) Burdan yola çıxaraq  xaqanın ən təməl  görəvləri-işləri arasında törəni  və ya qanunuları  düzənləyib, ölkəyə yaymaq vəzifəsinin olduğunu söyləyə bilərik. Bu vəzifənin yerinə yetirilməsi üçün isə böyük bir qurultay qurulurdu. Ögəl (tarihci,turkolog) törənin dövlətin qurucusunun adını daşıdığını qeyd edərək ,"Oğuz Han törəsi", "Bumin Kağan Törəsi", "Çingiz Han yasası " kimi örnəklər göstərməklə,Törənin topluluq düzəni, əsgəri bir disiplin qurmaq məqsədi ilə yaradılan qanunlar olduğunu söyləmişdir.(3)Səlçuklularla Osmanlılardan qalma  təamüllərdə -uygulamalarda "Oğuz Törəsi"deyə qeyd edilirdi. Lütfi Paşa Tarixi Osman Gazini Oğuz bəyləri tərəfindən xanlığa seçilməsini bu şəkildə qeyd edir "Siz Qayı nəslindənsiniz! Bu Oğuz xandan sonra Oğuz bəylərinin ağaları və xanları idi. Gün Xan vəsiyəti, Oğuz Törəsi mucibincə-gərəyincə Oğuz nəslindən kimsə olmadığı halda ,xanlıq və padişahlıq Qayı soyu var ikən özgə-başqa boy  soyuna düşməz (4). Hər nə qədər qulaqlarımız "törə" kəliməsini, Oğuz ismiylə bərabər eşitməyə alışsa da, öncədən qeyd etdiyimiz kimi "törə" yalnız Oğuzların təmüllərindən ibarət aid deyil. Orhun Kitabəsində də bu kəliməylə qarşılaşırıq "“İkin ara idi yoksuz Kök Türk anca olurur ermiş, Bilge Kagan ermiş, alp kagan ermiş. Buyrukı yime bilge ermiş erinç, alp ermiş erinç. Begleri yime budunı yime tüz ermiş. Anı üçün ilig tutmış erinç. İlig tutup törüg itmiş.”(5)Bu ibarəni bu günki Azərbaycan Türkçəsinə çevirdikdə bu şəkildə olar "İkisi arasında Gök Türklər əfəndisiz ( yəni hürr və müstəqil olaraq) otururdular. Bilici xaqanlar idilər, qəhrəman xaqanlar idilər. Bütün buyruqları bilici idilər, alp idilər. Bütün bəyləri bütün xalqları doğru idilər. Bunun üçündür ki, bu qədər böyük bir dövləti idarə edirdilər və dövləti idarə edərkən qanunlar qururdular." (6). Thomsen buradaki “törüg” kəliməsini “qanun” deyə tərcümə etmiş. Halbuki başqa bir yerdə "müəssəsələr" (qurumlar) (Les institutions) mənasını almış: “Türk Oguz begleri budunı eşidin. Üze Tengri basmasar, asra yir telinmeser, Türk budun iling, törüng kim artadı?”(7) Bu günki Azərbaycan  Türkçəsinə nəqli (çevirisi): “Türk Oğuz bəyləri ve xalqları eşidin! Yuxarıdan göy basmadıysa aşağıdan yer dəlinmədiysə sizin dövlətinizi ve müəssəsələrinizi kim yıxa bilər?”(8) 

Türk kültürünün, mədəniyyətinin ən önəmli əsərlərindən biri  olan  Kutadgu Bilikdə isə "törə" qavramı 153 dəfə təkrarlanmışdır.(9)Hər nə qədər" törə" qanun sözü ilə eyni görülsə də, qanun"törə" terminini tək başına qarşılaya biləcək bir söz deyildir. Çünki, Kutadgu Bilikdə "Kılıksız törü öngdi bilməz kişi, kişike  katılsa itilmez işi"(10). Beytindən " Təbiəti bozuq, törə və qanun bilməyən adam, insanlar arasına qatılsa da işi nizama düşməz, düzəlməz" anlamı çıxarılmaqdadır. "Törə" kəliməsinin içində qanun anlamı olsa da, qanundan daha daha fərqli olaraq, bütün kainata hakim bir yüksək qanun şəklində ifadə edilməkdədir.(11) Törənin bu vəsfi də evrənsəlliyə (cəhani olmaq) sahib olduğu göstərməkdədir.

 

Milli mentalitet yoxsa türk törəsi və ya milli dəyərlər?!

Əski Türklərdə Törənin qanun anlamını ifadə etmək üçün istifadə edildiyini qeyd etdik. Bu kəlimənin istifadəsi ilə əlaqədar çeşitli, müxtəlif görüşlər mövcuddur. Bu görüşlərdən biri Qaşqarlı Mahmuda aiddir. Qaşqarlı Mahmud, "Divan-ı Luğatit Türk " adlı əsərində törə kəlməsinin "törü" şəklində  qeyd etmişdir. "Törü" kəlməsi, düzən, nizam, görənək adət mənasını verməkdədir.(12)  "Divan-i Lüğətit-Türk" əsərində"vilayət tərk edilir, adət( törə) tərk edilməz" yazmaqla, Türk kültür-mədəniyyət həyatı içərisində "törə"nin nə qədər önəmli olduğuna işarət edilmişdir. Çünki qonar-köçər həyatda vətən olabiləcək başqa torpaqlara getmək mümkündür. Ancaq "törə"nin tərk edilməsi, sosial-kültürəl, mədəni durumun və dövlət-toplum əlaqəsinin pozulmasını gətirib çıxaracağı deməkdir. Bir başqa deyimlə, törəsini itirən topum öz davamlılığını qoruyub saxlayan amilləri də itirmiş olacaqdır. Bu səbəbdən də Türklər, "El gedər törə qalır" sözünü mənimsəmiş və getdikləri yerdə yeni dövlətlər qura bilmişlər.(13) Burdan törə kəliməsini hüquqi bir anlam bildirdiyini, örf, adət, gələnək, görənək şəklində meydana gəldiyi görürük. "Törə" kəlməsinin anlamı mövzusunda Ziya Gökalp da fikirlər bildirmişdir. Gökalpa görə, yazılmış yasalardan, qanunlardan başqa yazılmamış yasalar da törənin içindədir. Hətta hüquqi törədən başqa, dini və əxlaqi törələr də vardır. O halda Türk törəsi əski-qədim Türklərə atalarından qalan bütün qaydaların məcmusu-toplamıdır.(14)

  Törə sözünün kökü Türkçədir və "Türe" dən meydana gəlmişdir, örf, adət, yol, qayda, gələnək, görənək, yasa və kut törən-ayin anlamlarını qarşılamaqdadır.(15) Törə kəliməsi, Qazax və Qırğız dilində gələnək, görənək. Qərar, höküm və soylu tekin( prens) anlamlarını bildirir. Törə kəliməsi Uygur çağında isə artıq doğrudan  doğruya "qanun" anlamında istifadə edilməyə başlanmışdır(16). Törə, Mete xandan Timura  Xana qədər əsas xətləri ilə qorunmuş, tabe olan qövmlərin qanunlarına öz hüquq qaydalarına tərs düşməyəcək şəkildə yer verilmişdir.(17) Hikmət Tanyu, törə kəliməsinin "tör" və ya "töz" kökündən gəldiyini və bu kəlimənin" atalardan qalma örf, adət, qanun" mənalarında  istifadə edildiyini (18) qeyd etsə də Qaşqarlı Mahmud " Divan-i Lüğətit Türk" adlı əsərində "tör" kəliməsindən törəmiş olan "törə" kəliməsini evin önəmli yeri və sədiri(19) anlamında istifadə etmişdir. Burdan da töre kəliməsi ilə  törü kəliməsinin bir-birindən fərqli anlamları bildirdikləri görünür.

Əski Türklərdə dövlətin yönəltilməsi,idarəsi törə hökümlərinə görə gerçəkləşdirilirdi. Törə, əski Türklərdə  dövlət adamlarının və xalqın günlük  yaşamda uymaları-riayət etmələri gərəkən sosial və siyasi qanunların bütünüdür.(20) Toplumsal-sosial həyatı düzənləyən törənin bəsləndiyi qaynaqlar vardır.Bu qaynaqların birincisini xalq təşkil edir.Bu halda törə xalqın adət halına gətirdiyi qanunlardır.(Durmuş 1998 ,394)  (21). Törəni təşkil edən bir digər qaynaq Yosundur. Toplum içində ənənəvi-gələnəksər olaraq, yavaş-yavaş və özlüyündən meydana gələn qanunlar yəni " yosun hüquq ", xaqanın qəbul etdiyi nisbətdə Türk törəsindən sayılırdı.(22). Qədim Türklərdə  şəxsi hüquqa aid qanunlar , xüsusi ilə də şəxsi, ailə və miras hüququ qaydaları bu şəkildə meydana gəlmişdir (22)Yenə dinlə əlaqədar mövzularında da yosun hüququnun yerinə yetirildiyi görünməkdə idi.(23) Törənin bir digər qaynağını Xaqanlar tərəfindən qoyulan qanunlar  və qurultayın aldığı qərarlar təşkil edir.(24)

 

Milli mentalitet yoxsa türk törəsi və ya milli dəyərlər?!

 Bəhs  etdiyimiz kimi, qədim Türklərdə " törə" daha çox dövlətin quruluş düzəni və işləyişi ilə əlaqədar  qanunlari ifadə etməkdə isə də, Türklər ailə yaşantısı baxımından da bu qavramı istifadə etmişlərdir. Bu mənada "törə" görənək deməkdir.(25).

Türk Törəsi sözlü (yazılı) qaynaqların ən önəmlisidir.Törə, qədim Türk dövlət hüququnun əsaslandığı sözlü gələnəyin anayasası - əsas qanunudur.(26) Örf, adət, gələnək, görənək biçimində dəyərləndirilməsi mümkün olan törə anlayışı zamanla əvəz olunmaz  bir hüquq qanun şəklini almışdır. İnsanların bir-biri ilə müxtəlif əlaqələr qurması nəticəsində nəticəsində ortaya çıxan davranış biçimləri zamanla " hüquqi bir davranış halı"nı  alır və zamanla əsas  qanuna çevrilərək ya örf adət qaydası olaraq yaşayır ya da yazılı  bir hüquq qanunu olur (27). Yəni Törə həm dövlətin idarəsində, həm də sosial həyatın düzənində mühüm və əsas qanundur. Orhun Kitabələrində törəsiz bir dövlətin düzəninin olmayacağından bəhs edilir. Məhz Bilgə Kağan "... Mən taxta çıxdıqdan sonra bunca önəmli yasanı dünyanın dörd bucağındakı xalqa verdim." sözləri ilə bu gerçəyi dilə gətirmişdir.(28)

  Eyni anlayışı Kutadgu bilikdə də görmək mümkündür. Bu məşhur əsərin yazarı Yusuf Has Hacib " Dövlət silahla qurulur, ancaq qələm və yasa-törə ilə yönətilir"(29). Deməklə bu həqiqəti, xüsusilə, qeyd etmişdir.

 Qədim Türklərdə toplumun düzəni və xalqın rəfahı üçün var olan hüquq qanunlarının-törənin və bu qanunların həyata keçirilməsinin  mütləq "ədalət" anlayışına uyğun olması  istənmiş və Türk  xaqanları da ölkələrində  ədalətin qorunmasına böyük önəm vermişlərdir.(30) Bir Çin qaynağında qeyd edilənə görə,Tabgaç Türk hökümdarı  T"ai-Wu " Mən dövlətimin içində kiçiklərin haydutluq etməsinə və xalqımın əzilməsinə göz yumamam" deyərək, ədalətə əməl olunmasına göstərdiyi diqqəti gözlər önünə sərmişdir.(31)

 Türklərdə Törəni qazanmaq dövləti qurmaq deməkdir. Bu səbəblə törənin itirilməməsi gərəkməkdədir. Bu mövzuyla əlaqədar yuxarıda qeyd etdiyimiz örnəyi yenidən təkrarlamaq  yerinə düşər." El buraxılar törü buraxılmaz". Türklərə görə, " Türk törüsin  ıçgınmış budun" yəni "Türk törəsini itirmiş millət", yox olmuş və ortadan qalxmış bir millətdir. Törə gedincə nə millət, nə el, nə də dövlət qala bilər.  Bununla bərabər heç bir qüvvət, Türk millətinin törəsi ilə elini əlindən ala bilməz. Olsa yenə Türk millətinin avaralığı  və aldanmasi- yanilması onun elini və törəsini əlindən ala bilər.(32) Türk dövlətini yıxacaq güc ancaq Türklərin Törədən ayrılması və avaralığa düşməsi  ilə olar. Əski Türklərdə Xaqanın törəyə bağlı qalması, dövlətin və milətin rəfahı baxımından önəmlidir, ancaq yeterli deyildir. Çünki gərçək bir dövlət qurucusu Xaqan , eyni zamanda törəni dərləyən -toplayan və yeni törələr meydana gətirərək dövləti qüvvətləndirəcək olan Xaqandır.(33) Qədim Türklər törə qanunlarına uyaraq həyatlarını sürdürürdülər(34). Bu şəkildə ölkə içərisində birlik və bunun doğal-təbii  bir uzantısı və sonucu-əksi olaraq  dirilik saxlana bilinirdi.(35).

 Bütün qeyd etdiklərimizdən bu nəticəyə varırıq ki. Törə həm də Türk millətinin milli dəyərləridir. Çünki, törəni türk millətinin, dövlətlərinin dəyər verdiyi, önəmsədiyi qanunlar və mədəniyyət qaydaları, ənənələr, gələnək-görənəklər təşkil edir və törə ədalətə əsaslanır.

   Sizlərə Türkün törəsinin və ya milli dəyərlərinin önəmindən bəhs etdim. Yazımın ikinci hissəsində" milli mentalitet nədir və necə meydana gəldi ?" sualına cavab tapmağa və "mentalitet sözünün biz türlərdəki qarşılığından və nə məqsədlə bu sözün toplumumuzda işlədildiyindən bəhs edəcəyəm.

 Öncəliklə dillər əzbəri olan milli mentalitete sözünün mənasını araşdırmağa çalışdım. Müxtəlif fikirlər qarşıma çıxdı. Kimisi bu sözün "ağıl, məntiq", kimisi "ağıllı, düşüncəli", kimisi isə"sürü davranış və ya düşüncəsi" olaraq dəyərləndirir.(36) Bu sözün ilk dəfə kim tərərfindən dünyada istifadə edildiyinə dair də dəqiq bi məlumat əldə edə bilmədim. Bu barədə də  müxtəlif fikirlər var. Kimisi bu sözün ilk dəfə 19-cu əsrdə fransız sosial psixoloqları Gabriel Tarde və  Gustave LeBon tərəfindən termin kimi istifadə edildiyini deyir. Bəziləri də bu sözü elmə Levi Brül tərəfindən gətirildiyini söyləyir. Bir başqa mənbə də isə termin kimi ilk dəfə 1856-ci ildə Amerikada alim R.Emerson tərəfindən istifadə edildiyindən bəhs edilir və bu sözü yeni söz kimi dilə fransız düşünür Marsel Purst tərəfindən gətirildiyini də qeyd edirler.(37) Bəziləri mentaliteti xəstəlik, gerilik olaraq görmüşlər" sürüdən  dala qalma" ifadəsi ilə eyniləşdirmişlər. Həmçinin düşünülür ki ," Sülh və Müharibədə  Sürü İnstinkləri"kitabında Sigmund Freud və WilfredTrotter tərəfindən araşdırılmışdır. Bəziləri ABŞ-da meymunlar üzerində aparılmış təcrübəyə əsaslanaraq mentalitetin şüursuz yamsılamadan ibarət olduğunu düşünürlər. (38). "Mentalitet"i mədəniyyətin bir qolu hesab edənlər də var. Milli mentaliteti isə mili özünü dərk, adət, gələnək-görənək, düşüncə tərzi və milli xüsusiyyətləri özündə birləşdirən bir qavram olaraq görənlər də var. Burdan belə nəticəyə gəlirik ki " milli mentalitet "adlandırılan bu qavram biz Türklərin "Törə" anlayışına bənzəyir. Fəqət  çox önəmli fərqlər var. Birincisi, biz Türklər mədəniyyətimizi çox əski zamanlardan meydana gətirdiyimizdən bizim Törəmiz yəni milli dəyərlərimiz daha qədim və köklüdür. Avropalılar isə bu anlayışa, bu dəyərlərə daha sonradan 19-cu əsrdən sahib olmuşlar. Digər tərəfdən hətta bunu xəstəlik olaraq belə görmüşlər. Biz Türklərdə isə bu anlayış daha dəyərlidir, toplumda nizam, düzən quran və ədalətə əsaslanan bir qavramdır. Ancaq bu günlərdə Azərbaycan Türk toplumunda törə və ya milli dəyərlər əvəzinə heç də xoş olmayan " milli  mentalitet" anlayışı yayılmışdır. Bu anlayış" nəyi ifadə edir ?" sualına isə cəmiyyətimiz heç də dəqiq bir cavab verə bilmir. Sözün qısası  insanlar işlərinə gəldiyi kimi bu sözü istifadə edirlər. Adətən, kimisə qınamaq, ayıblamaq mənasında və ya hər hansı  bir  mövzuda haqsız olduqları zaman, özlərini haqlı çıxarmaq məqsədi ilə bu "bizim milli mentalitetimizə uymaz" sözünü işlədirlər.

   Dəyərli qandaşlarım, lütfən artıq hardan gəldiyi bəlli olmayan bu sözü istifadə etməyin. Əgər "milli dəyərlər" demək sizə ağır gəlirsə," Törəmiz" deyə bilərsiniz. Amma unutmayın bu sözü özünüzü haqlı çıxarmaq üçün deyil, atalarımızın etdiyi kimi ədaləti qorumaq və toplumda düzəni saxlamaq məqsədi ilə dərk edərək istifadə edin. Bizlərdə Törə dəyərlidir və millətimizin dövlətimizin var olmasında əsas ünsürdür. Bu  yerdə biz Türklərin Xaqanı Süleyman Şahın bu sözlərini xatırlatmaq istərdim. "Törə bilməyən adamdan Sultan olmaz, Bəy də olmaz, adam da olmaz. Bizim də adam olmayanla işimiz olmaz"

Bu sözlərdən də göründüyü kimi törə və ya milli dəyərlər biz türklər üçün önəmlidir. Nəticə olaraq, Türk töresi milli anlayışımız, MİLLİ GÖRÜŞÜMÜZ OLMALIDIR! Ne Mutlu Türküm  deyene!

  İsifadə edilən mənbələr:

1.Gömeç,Saadettin(2006).Türk Kültürünün Ana Hatları.Ankara:Akçağ yayınları.

2.Orkun,Hüseyin Namık(1994)Eski Türk Yazıtları. Ankara .TDK Yayınları.

3.Ögel,Bahaeddin(1982).Türklerde Devlet Anlayışı(13.Yüzyılın Sonlarına Kadar).Ankara: 

Başbakanlık  Basım evi.

4.Ahmet Rasim, Osmanlı Tarihi, Cilt 1, s. 41..

5.Thomsen, Orhon Yazıtları Araştırmaları, Çeviren ve Yayıma Hazırlayan: Vedat Köken, Ankara 2002: Türk Dil Kurumu Yayınları, s. 128.

6.Ziya Gökalp’ın Orhun Abideleri’nden yaptığı bu alıntı, Muharrem Ergin’in çalışmasında şu şekilde yer almaktadır: “İkin ara idi oksuz Kök Türk iti ança olurur ermiş. Bilge Kagan ermiş, alp kagan ermiş. Buyrukı bilge ermiş erinç, alp ermiş erinç. Begleri yime budunı [yime tüz ermiş. Anı] üçün ilig ança tutmış erinç. İlig tutup törü[g itmiş.]”

“İkisi arasında pek teşkilatsız Gök Türkü düzene sokarak öylece oturuyormuş. Bilgili kağan imiş, cesur kağan imiş. Buyruku bilgili imiş tabii, cesur imiş tabii. Beyleri de milleti de doğru imiş. Onun için ili öylece tutmuş tabii. İli tutup töreyi düzenlemiş.” (Muharrem Ergin, Orhun Abideleri, İstanbul, s. 32-33.)

7.Age., s. 142..

8.Bu bölüm, Muharrem Ergin’in çalışmasında şu şekildedir: “Türk Oguz begleri budun eşiding. Üze tengri basmasar, asra yir telinmeser, Türk budun, ilingin törüngin kim artatı [udaçı erti]?” “Türk, Oğuz beyleri, milleti, işitin: Üstte gök basmasa, altta yer delinmese, Türk milleti, ilini töreni kim bozabilecekti?” (Muharrem Ergin, Orhun Abideleri, İstanbul, s. 16-17.)

9.Çengel,Hülya Kasapoğlu(2007).Ermeni harifli Kıpçak Türkçesiyle Yazılmış Töre Bitiği ve Bu Eserdeki Töre,Yargı,Bitik  Terimleri Üzerine.Gazi Türkiyat Dergisi,2007.1,77-95

10. KB.4606

11. Başer,Sat(1995).Kutadgu Biligde Kut ve Töreden  Sevgi Toplumuna.İstanbul:Seyran Kitab.76-78.9

12. KaşgarlıMahmud 1985:I,106; .KaşgarlıMahmud 1985:II,18,25; Kaşgarlı Mahmud 1985:III,120,121.

13. DLT-II:18;III:120,221.

14. TANYU,H (1979)"Türk Töresi Üzerine Yeni Bir Araşdırma".Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi,Cilt23,Sayı 1,97-120.

15. ÖRNEK,S.V.(2000) Türk Halk Bilimi.Ankara:Kültür Bakanlığı Yayınları.

16. ÖGEL,B (2001) Dünden Bugüne Türk Kültürünün Gelişme Çağları.4.Baskı, İstanbul: Türk Dünyası  Araşdırmalari Vakfı Yayınları.

17. TOGAN,A.Z.V.(1981) Umuni Türk Tarihine Giriş.İstanbul:Enderun Yayınları.

18. TANYU,H (1979)"Türk Töresi Üzerine Yeni Bir Araşdırma".Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi,Cilt23,Sayı 1,97-120.

19. KAŞGARLI MAHMUD(1985) Divan-ı Lugat"it Türk Tercümesi.Cilt III, Çev.Besim ALTAY,Ankara:Türk Dil Kurumu Yayınları.

20. UĞURLU,S.-YILMAZ,K (2011)"Türk Devlet Yönetme Geleneğinde Töreden Örfe Değişim".Turkish Studies- İnternational Periodical For The Languages,Literature and History of Turkish or Turic,Volume 6/2,Spring 2011,TURKEY,947,970.

21.DURMUŞ İ.(1998)"Hun Devletinin Ortaya Çıkışı ve Oluşumunun Temel Unsurları".Prof.Dr. Abdulhaluk M.Çay Armağanı,Cilt I,Ankara:Işık Ofset Matbaacılık Yayınları,399-407.

22. 32 İNALCIK, Halil; Osmanlı’da Devlet, Hukuk, Adalet, İstanbul, 2000, s. 21.

23.  AYDIN; a.g.e., s. 15.

24. DURMUŞ İ.(1998)"Hun Devletinin Ortaya Çıkışı ve Oluşumunun Temel 

25. Pamir,A(2009)" Orta Asiya Türk Hukukunda "Töre" Kavramı".Ankara Üniversitesi Hukuk Fakültesi Dergisi,C.58.S.2,Ankara,359-375.

26. UĞURLU,S.-YILMAZ,K (2011)"Türk Devlet Yönetme Geleneğinde Töreden Örfe Değişim".Turkish Studies- İnternational Periodical For The Languages,Literature and History of Turkish or Turic,Volume 6/2,Spring 2011,TURKEY,947,970.

27. GÜRKAN,Ü .(1994) Hukuk Sosyolojisine Giriş.Ankara

28. THOMSEN; a.g.e., s. 158.

29. 7 Kutadgu Bilig; B. 2711.

30. Eski Türk devletlerinde adalet anlayışı ve bu kavrama isnat edilen değerle ilgili ayrıntılı bilgi için bkz. TUTAR, Adem; İslâm Öncesi Türk Devlet Geleneğinde Adalet Anlayışı, C. II, Ankara, 2002, s. 868 vd.

31. DONUK, Abdülkadir; Eski Türklerde Hükümdarın Vazifeleri ve Vasıfları, Türk Dünyaları Araştırma Dergisi, Nisan 1982, No: 17, s. 108.

32. ÖGEL,B (2001) Dünden Bugüne Türk Kültürünün Gelişme Çağları.4.Baskı, İstanbul: Türk Dünyası  Araşdırmalari Vakfı Yayınları.

33.UĞURLU,S.-YILMAZ,K (2011)"Türk Devlet Yönetme Geleneğinde Töreden Örfe Değişim".Turkish Studies- İnternational Periodical For The Languages,Literature and History of Turkish or Turic,Volume 6/2,Spring 2011,TURKEY,947,970.

34. DURMUŞ(2009) Bilge Kağan ,Köl Tigin ve Bilgi Tonyukuk.Ankara: Maya Akademi Yayınları.

35. aynıdır 35 .deki kaynakla

Xüsusi Teşekkür verdiyi dəyərli bilgilər üçün İshak Çelik bəyə sayqılarımla.

YAZAR : AYNUR TALIBLI.
İstanbul Sabahattin Zaim Üniversitesi.
Tarih ve Medeniyyet
Araşdırmaları Bölümü Yüksek Lisans.
İstanbul 2017.
6 may 2017
GO BACK