Qadin.NET / Xaosun harmoniyası və ya heç nə(1)

Xaosun harmoniyası və ya heç nə(1)

 

Xaosun harmoniyası və ya heç nə(1)



 

Hişxorn muzeyi və heykəllər bağçası, Smiston institutu, Vaşinqton, ABŞ

Bu ki sadəcə cızma-qaradır!

Bəli, lakin möhtəşəm cızma-qaradır!

Bu həqiqətən rəssam əlinin işidir?

Bəli, Pollok həqiqi rəssam idi. O həm karandaşın həmçinin fırçanın öhdəsindən əla gəlirdi.Lakin müəyyən anda o hiss etdi ki, məhz belə təsvir manerası onun etmək istədiklərini çatdırmağın ən yaxşı ifadə vasitəsidir.

Burada heç nə başa düşmək mümkün deyil!

İlk baxışda bu sadəcə xaosdur, lakin yenə də forma və rəngləri fərqləndirmək mümkündür. Hiss olunur ki, önümüzdə müstəsna dərəcədə çətin və dolaşıq nəsə var.

Bu nə ola bilər?

Məlum deyil – və çətinki öyrənmək olar. Müəyyən nəsə demək mümkün deyil. Ola bilər ki, rəssam elə bizə adı olmayan anlaşılmayan nəyisə göstərmək istəyir. Hər şey qarışıb, arası kəsilməyən suallar və heç bir cavab yoxdur. Həyatda da belə olur.

Bütün sahə müxtəlif rənglərlə doldurulub

Rəsmdə bütün rənglər şəxsi həyatını yaşayır onlar iplər kimi hörülür lakin qarışmırlar. Rəngli saplar sonsuz dolaşır gah qalınlaşır gah da elə nazilir ki, sanki indicə qırılacaq. Və bu bir deyil, çoxlu sayda laylardır üstəkilər üzərində başqaları da var: sıx görünməyən qırmızı, sarı, yaşıl, ağ, qara… şəbəkə Rəssam nə qədər bacarırdısa o qədər rəngdən istifadə etmişdir.

Əgər bu rəsmə uzun müddət baxsan başın giçəllənməyə başlayır

Bəli, beləki biz rəsmdə gördüyümüz xəttlərin ardıyca getməyə öyrənmişik burada isə xəttlər aldadıcıdır. Onlar heç yerə gedib çıxmır. Baxış istiqamətini itirir fikri çəmləşdirməyə heç nə yoxdur. Belə hiss oyanır ki, sanki səni qasırğa fırlayır və yaxud fırtına küləyi bir yerdən başqa yerə atır.

Sanki rəssam rəngləri sadəcə kətanın üzərinə necə gəldi damçıladıb

Elədir ki var. O kətanı döşəməyə sərir və dəmir bankada açdığı deşiklərdən rəngləri çiləyirdi. O müxtəlif istiqamətlərə dönür, rənglərin axınını mərkəzə yönləndirir və onları müstəvi üzərində damçılamasını və yayılmasını müşahidə edir. Pollok fırçadan istifadə etmirdi bu səbbədən elə təəssürat oyanır ki, sanki rənglər özləri harada və necə uzanmalarını secim etmişlər. Lakin kətanın ətrafında yerini dəyişən və əlin hərəkətini idarə edən rəssam təsadüfilik elementini minimuma endirmişdir. Hər şey dəqiq hesaba tabe olur.

Bu cür qeyri-adi üsuldan istifadə emək fikri ona necə gəlmişdi?

 

Xaosun harmoniyası və ya heç nə(1)

 

 

İkinci dünya müharibəsi illərində çoxlu sayda rəssamlar Avropadan Amerikaya köçmüşdülər. Onların arasında yeni texnologiya ilə eksprementləri ilə məhşur olan Maks Ernest var idi. Bir gün Pollok onun emalatxanasını ziyarət edir və səthin xallı olması üçün rəngi kətanın birbaşa üzərinə axıtmasını görür. Sonradan Ernest  bu metodu təkminləşdirməkdən vaz keçir, Pollok isə bu metodla silahlanır. Rənglərin belə damçılandırılması metodu drippinq (ing. drip “damçılatmaq”, “axıtmaq”) adını almışdır. Fransız termini olan – taşimz (ləkələrlə incəsənət) termini də var.

Pollok başqa manerada işləyirdi mi?

O drippinqə yaradıçılığının müəyyən bir dövründə müraciət etmişdir amma bu onun əvvəlki işlərinin məntiqi davamı olmuşdu. Pollokun işlədiyi erkən mövzulardan biri dalaşan insanlar və heyvanlar olmuşdur. Fiqurlarla yüklənmiş bu rəsmlərdə dəhşətli anlaşılmazlıq hökm sürürdü. Gözəl günlərdən birində bu rəssamı bezdirdi və o persopnajlardan ümumiyyətlə imtina etmək qərarını verdi. Onun rəsmlərindən fiqurlar tamamilə itdilər ramkadan kənara çıxdılar və yaxud bir-birilərini məhv etdikdən sonra yalnız xaos qaldı…

Necə qəribə rəsmdir adam hara baxmalı olduğunu bilmir

Hər şeyə birdən baxmaq istəyirsən gözlər çarpazlaşır rəsmin hər-hansı bir hissəsini ayırıb onu əsas kimi qəbul etmək olmur. Mərkəz kənarlardan elə də vacib deyil, yuxarı və aşağı, sağ və sol künç arasında bir fərq yoxdur…

 

Ardı var...

22 oktyabr 2016
GO BACK