Qadin.NET / Məzəli pinqvin

Məzəli pinqvin

Bu dərsimizdə körpələrimiz üçün məzəli pinqvin rəsminin çəkilməsi qaydasını öyrənəcəyik. Pinqvinlər uçmayan dəniz quşları ailəsinə aiddir. Dənizdə yaxşı üzür, bunun üçün qanadlarından istifadə edir. Ayaqları sükan rolunu oynayır. Quyruğundan isə quruda ayaq üstə dayanarkən dayaq kimi istifadə edir. Ən böyük pinqvin imperator pinqvinidir, onun boyu 120 sm-ə çatır. Ümumiyyətlə, pinqvinlər çox maraqlı heyvanlardır. Onların həyatı, bədən quruluşu, qidalanması insanda maraq doğurur.

Bu qısa məlumatdan sonra keçək pinqvinimizi çəkməyə. Öncə baş üçün dairə çəkirik. Üzündə xaç formasında köməkçi xətlər cızırıq. Bir qədər aşağıda əvvəlkindən bir qədər böyük dairə çəkirik, bu, bədən olacaq. Bu iki dairəni xətlərlə birləşdiririk. Xəttin biri xaricə, digəri isə daxilə doğru maili olmalıdır.

 

Sonra eynən şəkildəki kimi pinqivinimizə qanad çəkməyə çalışaq.

Baş hissəsində gözlərini və burnunu çəkirik.

Artıq pinqivinimiz hazır olmaq üzərədir.

Şəkilə diqqətlə baxın. Eyni ilə çəkməyə çalışın.

Pinqivinin qarın hissəsi ağ olur. Bunu şəklimizdə dəyirmi düz xətlə çəkirik.

Sonra ayaqlarını çəkirik.

Pinqivinimiz hazırdır. Keçirik ən əyləncəli bölümə. Rəngləmək bölümünə.

Buyurun, əziz uşaqlar, pinqivin şəkli hazırdır. Gözəl valideynlər, uşaqlarımıza şəkil çəkməyə kömək edək.
5 fevral 2015
GO BACK