Bu dərsimizdə kobranın çəkilməsi qaydasını öyrənəcəyik.
Öncə balaca dairə çəkirik, bu, kobranın başı olacaq. Daha sonra başdan başlayaraq əyri xətt çəkirik.
Burun və boğaz hissə çəkilir.
Boyun hissəsini çəkirik. Bu hussəni bir qədər geniş götürürük.
Baş hissəsinə keçirik, kobranın gözlərini çəkirik.
Ağzını və burun deşiklərini çəkirik.
Boyun hissəsindən çəkdiyimiz xətti davam etdirib axıradək çəkirik.
Kobranın quyruğunu çəkirik.
Kobranın iri görünməsi üçün boyun hissəsindən iki xətt çəkirik.
Bədəninin detallarını çəkirik.
Bu qədər. Artıq rəngləyə bilərik.
Öyrənmək istəyənlərə uğurlar!