Qadin.NET / Məzun şəkilləri

Məzun şəkilləri

 

Son dövrlərdə məzunlarımız öz yaradıcılıq qabiliyyətlərini işə salmağa başlayıblar. Məzun günlərini daha yaddaqalan etmək üçün köynəklərinə müxtəlif şəkil çəkdirir və bəzəkər vurdururlar. Artıq neçə ildir ki, mən özüm bu işlə məşğulam. Belə qərara gəldim ki, çəkdiyim şəklin birini mərhələli şəkildə sizinlə paylaşım. Bildiyimiz kimi məktəblər artıq bağlanmaq üzrədir. Ona görə də artıq məzunlar rəssamların üstünə axın etməyə başlayıblar ki, köynəklərinə istədikləri şəkilləri çəkdirsinlər.  crazy 
Dünən bir köynək arxasına şəkil çəkdim və onu sizinlə paylaşmaq istəyirəm. Bunun üçün bizə əvvəlcə bir köynək lazımdır.  biggrin
Köynəyin üzərinə çəkmək istədiyimiz şəkli sadə qələmlə çəkirik.
Məzun şəkilləri
Mən məktəbdən canını qurtarmağa çalışan amma hələ hər şeyin bundan sonra başlayacağını da bilməyən bir tənbəli çəkəcəyəm.  wink  
Şəkli sadə qələmlə çəkdikdən sonra akril boya ilə əvvəlcə köynəyi rəngləməyə başlayırıq. Bu rənglərdən ona görə istifadə edirik ki, yuyulandan sonra onlar olduğu kimi qalır. Bu yüz faizlik bir məlumatdır. Çünki birini hətta çəkəndən sonra yumuşam.  sarcasti 
Məzun şəkilləri
Fırça ilə ehtiyatlı işləmək lazımdır ki, çəkilən şəklin kənarına çıxmayasınız. 
Məzun şəkilləri
Şəklimizə növbəti rəng ilə rəngarənglik qatırıq.
Məzun şəkilləri
Bundan sonra isə tənbəlimizin şalvarını rəngləməyə başlayaq. Rəngləri seçərkən onların bir ahəng təşkil etməli olduğunu unutmamalıyıq.
Məzun şəkilləri
Şəkli yavaş-yavaş tamamlayırıq.
Məzun şəkilləri
Şəklimiz artıq hazırdır. Buyurub, baxa bilərsiniz. Yazıların özü xüsusi olaraq belə solğun yazılıbdır.  crazy
Məzun şəkilləri 
İndi isə gəlin digər əl işlərim ilə sizi tanış edim. Bunu ayrı bir köynəyin arxa hissəsinə çəkmişəm.
Məzun şəkilləri
Bu da fərqli bir köynəkdir. Buradakı şəklin üzərindəki zər isə adi yeməli tort zəridir. Bəli, bəli, tort zəri. lol 
Məzun şəkilləri
Bəs bunu bəyəndinizmi? 
Məzun şəkilləri
Məncə özümü bu qədər reklam etməyim bəsdir.  crazy
Hər birinizə buradakı şəkillər kimi rəngarəng həyat arzu edirəm.  girl_ten  
27 may 2014
GO BACK