Qadin.NET / Qu quşu

Qu quşu

Bu günkü dərsimizdə qu quşu şəklinin çəkilməsi qaydasını öyrənəcəyik.

İlk öncə qu quşunun formasının təxmini detallarını çəkirik. Başı üçün balaca dairə çəkirik. Daha sonra yumurta formasında bədənini çəkirik.

 Qu quşu

İndi keçirik başını çəkməyə. Dimdiyini çəkərkən onun qısa olmasına və alın xətlərində bitdiyinə diqqət edin. 

Qu quşu

Dimdiyinin alt hissəsini və iri burnunu çəkirik. 

Qu quşu
Daha sonra gözlərini çəkirik. Dimdiyi alt və üst hissəyə bölən üfüqi xətt çəkirik.  
Qu quşu
İndi boynunu çəkirik. Baş hissədən başlayaraq boynu daha enli çəkirik. Bədənə birləşən hissəsi daha enli olmalıdır. 
Qu quşu

İndi bədənini çəkməyə başlayırıq. Şəkildən gördüyünüz kimi qu quşunun lələkləri yüngülcə yuxarı qalxmış formadadır. 

Qu quşu

Qanadlarını çəkib quyruq hissəsinə keçirik. Bədəninin alt hissəsinin yarısı su altında olduğu üçün quyruğunu  üfüqi xətt boyunca çəkirik. Xaotik xırda xətlər formasında lələklər çəkirik. 

Qu quşu

Bu da bizim ağ, gözəl qu quşumuz. 

Qu quşu

 Artıq rəngləyə bilərsiniz.

23 may 2014
GO BACK