Bu gün sadə qələmlə tısbağa çəkmək qaydasını öyrənəcəyik.
Öncə vərəqin sağ tərəfində böyük üfüqi oval çəkirik. Bu, tısbağanın başı olacaq. Onun alt hissəsindən yarımdairə çəkirik.
Bir nöqtədən başlayaraq iki əyri xətt çəkirik. Bununla da tısbağanın başıyla qınını birləşdiririk. Ovalın yuxarı hissəsindən yarımdairə çəkirik.
Üç ayaq çəkirik: ikisi böyük, biri bir az balaca. Dördüncü ayağı görmürük. Qının altından tısbağanın bədəni görünməlidir, buna görə xətt çəkirik. Balaca quyruq çəkirik.
İndi ən çətin hissəni çəkirik. Buna görə də şəklə diqqətlə baxın. Tısbağamızın iki iri gözünü çəkirik. Gözün üstündən dairə çəkirik. Ovalda çəkdiyimiz iki əyri xətt onun burnu olacaq. Daha sonra ağız hissədə tısbağanın gülüşünü çəkirik. Boyun hissəsinə çəkdiyimiz bir neçə cızıq tısbağaya canlılıq verəcək.
İndi qələmlə şəklin konturlarını dəqiqləşdiririk. Yardımçı xətləri pozanla silirik.
Artıq tısbağanı necə çəkmək lazım olduğunu bilirsiniz.