Spanç Bob - son zamanlar uşaqların ən çox sevdiyi cizgi filmi qəhrəmanına çevrilib. Bu cizgi filmində bütün hadisələr müəlliflərin uydurduğu okean altı şəhərcikdə - Bikini-Bottomda baş verir. Qəhrəmanlar isə dəniz faunasının sakinləridir. Əsas qəhrəman - Spanç Bob öz ananas-evində Harri adlı ilbizi ilə birlikdə yaşayır. Bobun ən yaxın dostu isə Patrik adlı dəniz ulduzudur.
Bu günkü xəbərimdə sizə bu cizgi filminin əsas qəhrəmanı - uşaqların sevimlisi Spanç Bobun şəklinin çəkilməsi qaydasını təqdim edirəm.
Öncə böyük kvadrat çəkirik. Onun üstündə əlləri, ayaqları və üzünü çəkmək üçün cizgilər əlavə edirik.
Köməkçi xətlərin köməyi ilə Spanç Bobun burnunu və böyük gözlərini çəkirik. Məhşur təbəssümünü və kipriklərini cızırıq.
Bütünlüklə ağzını, göz bəbəklərini dişlərini çəkirik.
İndi əyri xətlərlə paralilepiped çəkir və onun üstündəki deşikləri ləkələr şəlkində çızırıq.
Artıq Spanç Bobun şalvarını, qalstuk və yaxalığını çəkmək vaxtı çatıb. Arxaya qatlanmış qollarını çəkib o biri mərhələyə keçək.
Daha nə qaldı? Ayaqlarını və ayaqqabılarını da çəkirik. Şalvarında kəmərin çızıqlarını çəkirik.
Bu da Spanç Bob!
İndi onu rəngləməyin tam zamanıdır.
Əminəm ki, sizdə də çox gözəl alınacaq. Çəkin və balalarınızı sevindirin. Sizə uğurlar!