Qadin.NET / Sevimli küçük

Sevimli küçük

Əziz xanımlar, balalarınız üçün sevimli küçük çəkmək istəsəniz, bu dərsimizə müraciət edə bilərsiniz. Bu şəkli çəkdiyiniz zaman övladlarınızla birlikdə çox əyləncəli dəqiqələr keçirəcəksiniz. Həm özünüz əylənəcək, həm də balalarınıza xoş dəqiqələr bəxş edəcəksiniz. 

İlk öncə başı üçün böyük, bədəni üçün də bir az kiçik olan iki oval çəkirik. Üz hissəsini çəkmək üçün baş hissəsinə şəkildəki kimi cizgilər çəkin.
Küçüyün başının formasını daha qalın xətlərlə çəkirik.
Daha sonra sevimli küçüyümüzün qulaqlarını cızırıq.

 

İndi oval formasında iki göz çəkirik. Gözləri rəngləyərkən ortada alt-alta iki ağ dairə saxlayırıq. Qaşlarının yerində iki balaca xətt qoyuruq.

 

İndi burnunu, balaca ağzını və çölə çıxmış balaca ağzını da çəkirik.

 

Daha sonra sinəsini, qabaq ayaqlarını, pəncələrini çəkirik.
Artıq rəsmi yekunlaşdırmaq üzrəyik. Arxa ayaqlarını, quyruğunu çəkirik. Artıq cizgiləri silirik.
Bu da bizim sevimli küçüyümüz.

 

İstəsəniz, şəkli rəngli qələmlərlə rəngləyə bilərsiniz.
Bu video vasitəsilə siz küçük çəkməyin daha bir qaydasını öyrənə bilərsiniz.
26 mart 2014
GO BACK