Uşaqlarınızla oynadığınız zaman kağız və qələmi qarşınıza qoyub "Ana, mənə heyvan şəkli çək" dediyi olubmu? Bu zaman çızma-qara etməklə birtəhər uşağın başını qatırsınız? Elə isə bizim rəsm dərslərimizdən faydalanın. Əziz xanımlar, bu xəbərimdə sizə sadə qələmlə zebra şəklinin necə çəkildiyini göstərmək istəyirəm.
Öncə zebranın baş və bədəninin konturları çəkilir.
Ayaqları şəkildə gördüyünüz kimi bədənin konturlarına əlavə edilir.
Daha sonra qulaqlar və yal çəkilir.
Qabaq və arxa ayaqların kontur xətləri silinir (şəkildəki kimi). Zebranın gözləri, burnu, ağzı və quyruğu çəkilir.
Dırnaqlar və yalı rənglənir.
Zebranın başında zolaqlar çəkilir.
Daha sonra bədən və ayaqlara zolaqları çəkməyə davam edin.
Bir qədər kölgə əlavə edin. Rəsminiz hazırdır.
Bu videoya baxmaqla zebra çəkməyin daha bir üsulunu öyrənə bilərsiniz.