Vacib namazların birinci və ikinci rəkətində "Fatihə" surəsindən sonra hansı surəni oxuya bilərik?
Gündəlik vacib namazların birinci və ikinci rəkətində "Təkbirətül-ehram"dan sonra "Fatihə" surəsini oxumaq gərəkdir. Ondan sonra ehtiyata əsasən Qurandan bir tam surə oxumaq lazımdır. Diqqət etmək lazımdır ki, "Fil" və "Qureyş" surələri bir surə hesab olunur. Həmçinin "Zuha" və "İnşirah" surələri də bu cürdür. Yaxşı olar ki, namazın birinci rəkətində "Fatihə" surəsindən sonra "Qədr", ikinci rəkətdə "Fatihə" surəsindən sonra "İxlas" surəsi oxunsun. Habelə bir surə iki rəkətdə də təkrar olunmasın. Təkcə "İxlas" surəsi istisnadır. Yaxşı deyil ki, gündəlik vacib namazlarda "İxlas" surəsi ümumiyyətlə oxunmasın. Həmçinin yaxşı olar ki, hər bir namaz üçün müəyyən surələr seçilsin ki, onları oxuyarkən ehtiyac duyulan məsələlər xatırlansın və insana günahdan çəkinməsinə təkan versin.
Farid Abdullah