Əziz xanımlar, Allahın rizası ilə sizlərə namaz və onun qaydaları haqda bildiklərimi demək istəyirəm. Bəlkə kimlərsə namaz qılmaq istəyir, amma bir o qədər bilgisi yoxdur. Sizlərə yazdığım bu silsilə yazılarda həm də namaz qılmağın qaydalarından da danışacam, öyrənmək istəyənlər üçün hər xırdalığı anlatmağa çalışacam.
Namaz dinin ən mühüm əməllərindəndir ki, əgər Allah - Təalanın dərgahında qəbul olsa, sair ibadətlər də qəbul olar. Necə ki, insan gündə beş dəfə çayda çimsə, bədəni çirkdən təmizləndiyi kimi beşlik təşkil edən namazlar da insanı günahlardan təmizləyir. Hər kəs namazı yüngül saysa, namaz qılmayanlar kimidir. Peyğəmbəri Əkrəm ( səlləllahu əleyhi və alihi və səlləm) buyurub: " Namaza əhəmiyyət verməyən və onu yüngül sayan kəs axirət əzabına layiqdir."
Bəzi şəxslər doğrudan da namaz haqqında çox az məlumat əldə ediblər, amma elə insanlar da vardır ki, bu haqda kifayət qədər məlumatlı oldugu halda haqqa boyun əymək istəmir, tənbəllik və səhlənkarlıq ucbatından mehriban Rəbbimizə ibadət etməkdən yayınır. Nə üçün?
Çünki insanın batini aləmində iki növ çağırış və dəvət ona sanki istiqamət verir. Onlardan biri yaxşı işlərə, digəri isə günah və yaramaz işlərə dəvətdir. Məlum məsələdir ki, yaxşı işlərə və ibadətə çağırış Haqq tərəfindən, günah və çirkin işlərə dəvət isə şeytan tərəfindəndir. İnsanın namaz qılıb qılmaması da onun hansı növ çağırışa qulaq asmasından asılıdır. Adətən şeytan namaz qılmaq istəyən şəxslərə deyir: "Hələ tezdir, qocalanda qılarsan", "namaz qılmaq çox çətindir, sən onun öhdəsindən gələ bilməzsən", "namaz qılsan gör nə qədər işlərdən əl çəkərsən" və i.a.
Şeytanın hiylə və məkrləri bundan daha çox və rəngarəngdir, gərək onlara uymayaq və Allah-Taala ilə yeganə rabitə yolu olan namazdan uzaq düşməyək.
Namazın şərtləri
Namazın əsas şərtlərindən biri namazdan qabaq təharətli olmaqdır. Təharət üç qisimdir:
1. Dəstəmaz;
2. Qüsl;
3. Təyəmmüm
Allah- Taala Qurani- Kərimdə buyurur:
" Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər yuyun, başınıza məsh edin, ayaqlarınıza topuqlarınıza qədər məsh edin.
Əgər cinsi əlaqədə olmusunuzsa, qüsl edin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükr edəsiniz!"
Dəstəmaz
Dəstəmaz alarkən niyyət etmək vacibdir. Niyyəti dil ilə olmaz. Ona görə də niyyət edərkən qəlbinizdə edəcəyəniz bu işi keçirməli və düşünməlisiniz.
Növbəti dəfə sizlərə dəstəmazın qaydaları haqda danışacam İnşəallah...
Bənzər xəbərlər...

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR