Qadin.NET / Simsiz şəbəkələrin təşkili, "Wi-Fi"

Simsiz şəbəkələrin təşkili, "Wi-Fi"

“Wi-Fi” – bu kompüterlərin lokal şəbəkəyə birləşdirilməsi və onların İnternetə qoşulmasının müasir simsiz texnologiyasıdır. Məhz bu texnologiya sayəsində İnternet daha mobil olur və istifadəçiyə imkan verir ki, o, nəinki bir otaq daxilində, həmçinin  bütün dünya üzrə sərbəst yerdəyişmə edə bilsin. 

Belə bir mənzərəni təsəvvürə gətirin: Siz öz kompüterinizdən, indi mobil telefondan istifadə etdiyiniz kimi, istifadə edirsiniz; Sizə heç bir məftil lazım deyildir, Siz öz noutbukunuzu Bakı şəhərinin istənilən nöqtəsinə apara bilər və praktiki olaraq, hər yerdə İnternetə daxil ola bilərsiniz. Əlbəttə ki, bu yaxın gələcəyin məsələsidir.

«Wi-Fi» abbreviaturası (bu ingilis söz birləşməsi  olan «Wireless Fidelity»-dən götürülmüşdür və tərcüməsi isə belədir: «verilənlərin simsiz ötürülməsinin yüksək dəqiqliyi») ilə hal-hazırda radiokanallar vasitəsilə rəqəmsal axınlarının bütöv bir ötürülmə standartlar ailəsi inkişaf edir.

Mobil istifadəçilərin sayı artdıqca, onlar arasında operativ kommunikasiya yaradılması, verilənlər mübadiləsi, informasiyanın daha cəld əldə edilməsi məsələləri ciddi surətdə meydana gəlir. Buna görə də, təbii olaraq, simsiz kommunikasiyalar texnologiyasının intensiv inkişafı baş verir. Bu, xüsusilə simsiz şəbəkələr və ya   “WLAN-şəbəkələrdə (Wireless Local Area Network-Simsiz lokal şəbəkələr) daha aktualdır. “Wireless LAN” şəbəkələri – bu simsiz şəbəkələrdir (orada adi məftillər əvəzinə radiodalğalardan istifadə edilir). Bu cür şəbəkələrin quraşdırılması yalnız o yerlərdə tövsiyə olunur ki, orada kabel sisteminin quraşdırılması ya mümkün olmur, ya da ki, iqtisadi cəhətdən məqsədəuyğun deyildir.

Simsiz şəbəkələr xüsusilə müəssisələrdə effektiv olur ki, orada işçilər iş günü ərzində kliyentlərə qulluq etmək və ya informasiya toplamaq üçün müəssisə ərazisi daxilində (iri anbarlar, agentliklər, satış ofisləri, səhiyyə idarələri və s.) aktiv yerdəyişmə edirlər.

Daxil olma nöqtələri arasındakı rouminq sayəsində istifadəçilər birləşməni qırmadan, “Wi-Fi” şəbəkə təsiri altında olan ərazi boyunca yerdəyişmə edə bilirlər.

“WLAN-şəbəkələri” adi kabel şəbəkələri ilə müqayisədə aşağıdakı üstün cəhətlərə malikdirlər:

Lakin bununla bərabər simsiz şəbəkələrin qoyduğu məhdudiyyətlər haqqında da bir-iki söz demək lazımdır. Bir qayda olaraq, burada sürət az olur, əngəllərin təsiri daha çox olur və ötürülən informasiyanın təhlükəsizliyinin təminatı üçün daha mürəkkəb sxemdən istifadə olunur.

“Wi-Fi-şəbəkənin” seqmenti ya müstəqil şəbəkə kimi, ya da ki, həm simsiz, həm də adi simli seqmentlər tərkibində istifadə edilə bilər. “Wi-Fi-şəbəkə” aşağıdakı hallarda istifadə oluna bilər:

Şəbəkənin əsas elementləri

Simsiz şəbəkəni qurmaq üçün “Wi-Fi” adapterlərindən və daxil olma nöqtələrindən istifadə olunur.

Adapter (şək. 1.1 ) adətən qurğu olub, “PCI” genişləndirmə slotu, “PCMCI”, “CompactFlash” vasitəsilə qoşulur. Həmçinin “USB 2.0” portu vasitəsilə qoşulan adapterlər də mövcuddurlar. “Wi-Fi” adapteri, adi şəbəkədəki şəbəkə kartının yerinə yetirdiyi funksiyanı yerinə yetirir. Onun vasitəsilə istifadəçinin kompüteri simsiz şəbəkəyə qoşulur. “Centrino” platforması sayəsində, bütün müasir noutbuklar daxildə yerləşdirilmiş və bir sıra müasir standartlarla uyuşan “Wi-Fi” adapterlərinə malik olurlar. Həmçinin Cib fərdi kompüterləri də “Wi-Fi” adapterlərinə malik olduqları üçün, onları da simsiz şəbəkələrə qoşmaq mümkündür.

 

Simsiz şəbəkələrin təşkili, "Wi-Fi"



 

Simsiz şəbəkəyə daxil olmaq üçün adapter digər adapterlərlə də bilavasitə rabitə quraşdıra bilər. Belə şəbəkə simsiz bir ranqlı şəbəkə və ya  “Ad Hoc” adlanır. Adapter həmçinin xüsusi qurğu – daxil olma nöqtəsi ilə də rabitə quraşdıra bilər. Bu cür rejim infrastruktur adlanır.

Qoşulma üsulunu seçmək üçün adapter ya “Ad Hoc”dan, ya da ki, infrastruktur rejimindən istifadəyə sazlanmalıdır.

Daxil olma nöqtəsi (şək.1.2) daxilində mikrokompüter və qəbuledici-ötürücü qurğu olan avtonom moduldan ibarətdir.

Daxil olma nöqtəsi vasitəsilə simsiz adapterlər arasında qarşılıqlı əlaqə və informasiya mübadiləsi həyata keçirilir, həmçinin də şəbəkənin seqmenti ilə rabitə quraşdırılır. Beləliklə, daxil olma nöqtəsi bir növ kommutator rolunu oynayır.

 

Simsiz şəbəkələrin təşkili, "Wi-Fi"



 

Daxil olma nöqtəsi şəbəkə interfeysinə (uplink port) malik olur ki, onun köməkliyi ilə o adi şəbəkəyə qoşula bilər. Həmçinin bu interfeys vasitəsilə nöqtənin sazlanması da yerinə yetirilə bilər.

Daxil olma nöqtəsi həm ona kliyentləri qoşmaq üçün (daxil olma nöqtəsinin baza rejimi) istifadə oluna bilər, həm də paylanmış şəbəkə  (Wireless Distributed System – WDS) qurmaq məqsədilə digər nöqtələrlə qarşılıqlı əlaqədə ola bilər. Burada aşağıdakı rejimlər ola bilər: “nöqtə-nöqtə” və “nöqtə-çoxlu sayda nöqtələr”, simsiz körpü, simsiz kliyent və təkrarlayıcı.

Şəbəkəyə daxil olma efir vasitəsilə enliyayımlı siqnalların ötürülməsi yolu ilə təmin edilir. Qəbuledici stansiya bir neçə ötürücü stansiyaların iş diapazonunda siqnalları qəbul edə bilər.  Stansiya-qəbuledici qəbul olunan siqnalın filtrasiyası və ona lazım olanı ayırmaq üçün xidmət zonasının identifikatorundan (Service Set Identifier – SSID) istifadə edir.

Xidmət zonası (Service Set – SS) məftilsiz şəbəkəyə qoşulmanı təmin edən məntiqi qruplaşdırılmış qurğularıdır.

Baza zona xidməti isə (Basic Service Set – BSS) –bir-birilərilə simsiz rabitə ilə əlaqələnən stansiyalar qrupundan ibarətdir. BSS texnologiyasında daxil olma nöqtəsi (access point) adlanan xüsusi stansiya olur.

4 avqust 2011
GO BACK