Qadin.NET / Mausları nizamlayaq (Dərs3)

Mausları nizamlayaq (Dərs3)

 

Mausları nizamlayaq (Dərs3)

 

Maus, kompüterinizin ən əhəmiyyətli parçalarından biridir və gün boyunca bütün işlərinizə yoldaşlıq edər. Hazırda müxtəlif rəng və şəkillərdə mauslar tapmaq mümkündür. Ancaq əhəmiyyətli olan mausun görünüşü deyil, onu istədiyiniz kimi nizamlaya bilmənizdir.

п»ї Əsl əhəmiyyətli olan,mausunuzu doğru bir şəkildə öyrədə bilmənizdir. Əməliyyat sisteminizin təqdim etdiyi kiçik variantları dəyişdirərək,mausun seçdikləriniz istiqamətində işini təmin etməniz mümkündür.

Mausları nizamlayaq (Dərs3)

"Başla" menyusundan "Yoxlama Masası" (Control Panel) simvoluna basın və bu pəncərəni açın. Burada "Printerlər və Digər Təchizat" simvolunu görəcəksiniz. Simvolu seçdiyinizdə isə, qarşınıza yeni bir pəncərə çıxacaq. Bu pəncərədəki "Maus" simvoluna klik edərək açılan pəncərədə mausla bağlı bütün əməliyyatları edə biləcəksiniz.
Maus nizamlarında qarşınıza fərqli variantlar gələcəkdir. "Düymələr" simgəsinə basdığınızda, cüt basma sürətini və mausu hansı əlinizlə istifadə etmək istədiyinizi təyin edə bilərsiniz. Əgər solaxay bir istifadəçisinizsə, sağ və sol düymə funksiyaları buna görə təyin ediləcək.
Windowsda bəzi pəncərələri açmaq ya da proqramları işlətmək üçün maus ilə cüt basmalısınız. Əgər istəsəniz, iki basma arasındakı zamanı tənzimləməniz mümkündür. PC-niz, cüt basmalarınızı artıq bu nizama görə qəbul edəcək. Əgər cüt basma sürəti doğru nizamlanmazsa, kompüter iki basmanızı iki ayrı basma olaraq qəbul edə bilər.

Mausları nizamlayaq (Dərs3)


Cüt basma sürətini də az əvvəl bəhs etdiyimiz maus nizamları köməyiylə təyin edəcəyik. Yenə "Düymələr" simgəsi altındakı "Cüt Basma Sürəti" variantını tapın. Burada kiçik bir çubuğun üzərində hərəkət edən bir kursor görəcəksiniz. Kursoru istədiyiniz kimi nizamlaya bilər və tənzimləmənizi edə bilərsiniz.
Bəzi mausların düymələri, digərlərinə nisbətlə daha həssas ola bilər. Əgər sizin mausunuz da belədirsə, cüt basma sürətini artırmanızda fayda var deməkdir.

 

Solaxaysınızmı?Heç problem deyil...
Maus nizamları pəncərəsi, ən çox sol əlini istifadə edənlər üçün əhəmiyyətlidir. Əgər istəsəniz sol və sağ düymələrin funksiyalarını dəyişdirə bilərsiniz. Beləcə sağ düymənin funksiyalarını sol düyməyə, sol düymənin funksiyalarını isə sağ düyməyə keçirmə şansınız olar.

Nə qədər sürətli?
Əgər istəsəniz, maus işarəçisinin hərəkət sürətini də dəyişdirə bilərsiniz. Bunun üçün nizam pəncərəsindəki "İşarəçi Variantları" simgəsinə basın. Açılan pəncərədə "Hərəkət" adlı kiçik bir hissə görəcəksiniz. Çubuq üzərindəki kursoru "Yavaş" və "Sürətli" variantları arasında hərəkət etdirin. Hər hərəkətiniz, işarəçinin ekrandakı sürətini dəyişdirəcək.

Mausları nizamlayaq (Dərs3)

Maus Işarəçisinin görünüşü
"İşarəçilər" simgəsi, kiçik oxun fərqli görünüşlərə sahib olmasını təmin edər. İstəsəniz Windowsun sizlər üçün təqdim etdiyi hazır işarəçi paketlərini istifadə edə bilərsiniz. Bu paketlər, üst qisimdəki "Nizam" menyusu köməyiylə seçilir. Ən sadə görünüşlü olanlardan ən "əyləncəlilərinə" qədər geniş bir variant seçənəyindən faydalanmanız mümkündür. Mövcud alternativlər sizin üçün kafi deyilsə, daha çoxunu internetdən tapma şansınız da var.

Mausları nizamlayaq (Dərs3)

 

Diqqət! Əgər mausu solaxaylar üçün quracaqsınızsa, bütün xüsusiyyətlərin tərsinə dönəcəyini unutmamalısınız. Əvvəlcə sağ düymə və sol düymə yer dəyişdirəcək. Buna görə, vəziyyətdən xəbərsiz olan bir adam mausu istifadə etməyə başladıqda problem yaşaya bilər.

Eyni şəkildə, sizə aid olmayan bir kompüterdə də mausu solaxaylara görə nizamlamaq istəyə bilərsiniz. Lakin işiniz bitincə köhnə nizamlara geri dönməyi unutmayın. Əks halda kompüterin sahibi üçün əhəmiyyətli problemlər yaranmasına yol aça bilərsiniz. fellow

18 mart 2011
GO BACK