Qadin.NET / "Su damlası" effektinin hazırlanması

"Su damlası" effektinin hazırlanması

Əziz Qadin.Net istifadəçiləri, bu dərsimizdə istənilən şəklə "su damlası" effektinin verilməsi qaydasını başa salacağam. Öncə Photoshop proqramımızı işə salırıq. Proqram açılandan sonra  "su damlası" effektini verəcəyimiz şəkli açırıq. Bunun üçün sol tətəfdə yuxarıda əsas menyudan "File" bölməsinə daxil oluruq. Açılan paneldə "Open" yazısına vururuq və "iş masası"ndan şəkli seçib açırıq. Şəkil 1-2 və 3-də izahı verilib.

 

Şəkil 1
"Su damlası" effektinin hazırlanması

Şəkil 2

"Su damlası" effektinin hazırlanması

Şəkil 3

İndi isə damla effektini verməyə başlayaq. 

Öncə sol tərəfdə alətlər panelindən "Elliptical Marquee Tool" yazısını seçirik və şəklin üzərində, yəni damla effektini vermək istədiyiniz yerdə siçanın sol düyməsini basılı saxlayaraq lazımı ölçüdə effekti çəkirik. Şəkil 4 və 5-də izahı göstərilib.

"Su damlası" effektinin hazırlanması

Şəkil 4

"Su damlası" effektinin hazırlanması

Şəkil 5

 Bu cizgini çəkdikdən sonra siçanı həmin cizginin üzərinə gətiririk və sağ düyməni basaraq "Layer Via Copy" yazısına klik edirik.

"Su damlası" effektinin hazırlanması

Şəkil 6
Yaranan "Layer" bölməsinin üzərində siçanın sağ düyməsini basırıq və açılan paneldə "Blending Options" yazısına basırıq və verilən parametrləri düzəldirik.

"Su damlası" effektinin hazırlanması

Şəkil 7

"Su damlası" effektinin hazırlanması

Şəkil 8

"Su damlası" effektinin hazırlanması

Şəkil 9

Bu əməliyyatlardan sonra damla effektimiz hazırdır. Bu effekti tam dolğun etmək üçün öncə sağ tərəfdə aşağıdakı paneldə yeni "Layer" yaradırıq və sol tərəfdəki alətlər panelində "Brush Tool" yazısını seçərək yaratdığımız damlanın üzərində ağ nöqtə qoyuruq. Bu nöqtə damlaya parlaqlıq effektini vermiş olacaq. 10 və 11-ci şəkillərdə izahı verilib.

"Su damlası" effektinin hazırlanması

Şəkil 10

"Su damlası" effektinin hazırlanması

Şəkil 11

Beləliklə, şəklimiz hazırdır.

"Su damlası" effektinin hazırlanması

İnanıram ki, sizdə də alınacaq. Buyurun, yoxlayın.

Proqram: Photoshop Cs5 Extended

7 iyul 2014
GO BACK