Əziz Photoshopsevərlər,bu günkü dərsimizdə yazı içinə Azərbaycan bayrağı keçirilməsi qaydasını öyrənəcəyik.
File menyusundan 420x300 ölçüsündə yeni bir sənəd yaradırıq.
Paint Bucket Tool (G) rəngləmə aləti ilə rəngləyirik.İstənilən rəng seçə bilərsiniz.
Horizontal Type Tool aləti ilə sözümüzü yazırıq.Mənim hazırladığım dərsdə şrifti İmpact secmişəm.
Yazını yaza bilmək üçün rəngi ağ seçirik və sözü probellə yazırıq ki,səliqəli görünsün.
Sonra Azərbaycan bayrağı olan şəkli proqramda açırıq.Bayraq şəklini mausun köməyi ilə sürükləyrək yazdığımız sözün üstünə buraxırıq.
Bayrağı yazdığımız sözün ölçüsünə uyğunlaşdırmaq üçün Ctrl+T kombinasiyasından istifadə edirik və Enterə basmadan alətlər panelində Move Tool(V) seçirik və açılan kiçik pəncərədə Apple vururuq.
Bu da,xüsusi olaraq Qadin.net oxucuları üçün hazırladığım VİDEO DƏRSLİK