Üstündə yazı yazacağınız avatar rəsmini Photoshop proqramında açın.
Yazını yazmaq üçün əvvəlcə istədiyiniz şrifti seçin.Mən bu nümunədə Monotype Corsiva şriftini seçmişəm.
Qeyd: Şrift seçmək üçün Ctrl+T –dən istifadə edin.
Yazını yazdıqdan sonra proqramın sol panelində avatar şəklinin üstündə T hərfi olan Layer thumbnail yaranmışdır.Onun üzərində mausu iki dəfə tıklayın,belə bir panel açılacaq.
Orda Stroke effektini seçib,Size,yəni ölçüsünü 2 edirsiniz və OK basmaqla əməliyyatı tamamlayırsınız.
Yeni yaranan Layer üzərində də iki dəfə mausla tıklayırsınız və yenə də Effektlər səhifəsi açılır.Stroke effektini seçərək ölçünü 4 edirsiniz və Ok.
Bu əməliyyatlardan sonra İmace Ready proqramına keçid etmək üçün şəkildəki qırmızı ilə göstərilmiş düyməyə vurursunuz.
Sonra Animation panelində şəkildə qırmızı xətlə göstərilmiş Dublicates current frame düyməsinə vuraraq yeni bir şəkil pəncərəsi açırsınız.
Ardından isə söz yazdığımız layer qarşısındakı gözü aktiv edirik.
İndi isə yenə də bir neçə dəfə Dublicates current frame istifadə edərək yeni bir şəkil pəncərəsi açırıq.
Bu üsulla ilk şəkildən başqa 4 yeni pəncərə açırıq.Və şəkillərin altında olan Play düyməsinə vuraraq şəklin üzərində yazının hərəkət etməsinə baxırıq.
Son əməliyyatda File menyusundan Save Optəmized As seçərək şəkli qeyd edirsiniz.
Nəticə olaraq üstündə hərəkətli yazısı olan Avatarımız hazırdır.
Suallarınız olarsa,çəkinməyin