Amma ən yaxşısı proqramı satın almaqdır. Çünki lisenziyalı olur.
Proqramı yükləyib qurduqdan sonra açırsınız və qarşınızda Photoshop proqramının Ana menyusu çıxır.
File---- bu menyu hamının bildiyi kimi bütün proqramlarda olduğu kimi, fotoşopda da özündə standart parametrləri saxlayır.
Yeni vərəq seçmək, hansısa sənədi açmaq, işlənmiş işi yaddaşa vermək, müəyyən dəyişiklikləri yaddaşa vermək, belə parametrleri özündə cəmləyir.
Edit--- menyusunda isə faylda seçilmiş hissə üzərində əməliyyatlar aparmaq üçündü. Məsələn, şəklin seçilmiş hissəsinin kəsilməsi rənglənməsi, yeni obyektin yerləşdirilməsi aparılmış əməliyyatların geriyə və önə qaytarmaq kimi parametrləri özündə cəmləndirir.
Image--- bu bölmə isə sırf işləmək istədiymiz şəkil üzərində əməliyyatlar aparmaq üçündür rəng dəyişimi, kanal seçimi və .s
Layer --- bu menyuda isə şəkillərin montaj edilməsi üçün istifadə olan layer panelinin parametrləri cəmlənir ki, gələcəkdə bunu ayrılıqda yazacam.
Select--- şəklin müəyyən hissəsini qeyd etmək və ya qeydi inkar etmək kimi xüsusiyyətləri özündə cəmləndirir.
Filter --- bu menyuda isə fotoşopun özündə olan standart effektləri şəkillərə tətbiq etmək üçündür, bundan başqa bütün plaqinlərin idarə edilməsi gələcəkdə bu menyudan olacaqdır.
View --- bu menyuda isə bizim görünüş vərəqəmizdə görülən işlərimizə baxış parametrləri yerləşir, bu menyu çox az istifadə olunan, bir növ ölü menyu sayılır.
Window--- bu menyuda isə bizə lazım olan panelləri idarə etmək üçündür. Proqramda yerləşən bütün panellər burada açılır ki, biz onlardan istiadə edə bilirik.
Help --- bu menyu isə bizə lazım deyil, burada proqramın ingilis dilində yardım menyusudur.