Qadin.NET / İspan dili 19-cu dərs

İspan dili 19-cu dərs

PRETERITO INDEFINIDO
Preterito İndefinido sadə keçmiş zaman olub, keçmişdə icra edilmiş, indiki zamnala heç bir əlaqəsi olmayan hərəkəti bildirir. Bu zamanı düzəltmək üçün flein məsdər şəkilçisi atılır və fel kökünə aşağıdakı şəkilçilər əlavə olunur:
 
1-ci qrup fellər
Yo – e                                     Nosotros - amos
Tu – aste                                Vosotros - ais  
El, ella, Vd – o                         Ellos, ellas, Vds – aron
 
Hablar
Hable                                       hablamos  
Hablaste                                  hablais
Hablo                                       hablaron
 
2-ci və 3-cü qrup fellər
Yo – i                                  nosotros – imos
Tu – iste                             vosotros – isteis
El, ella, Vd – io                  Ellos, ellas, Vds – ieron
 
EMPLEO DEL PRETERİTO İNDEFENİDO (KEÇMİŞ QEYRİ MÜƏYYƏN ZAMANIN İŞLƏNMƏSİ)
1. Keçmişdə icra olunub bitmiş, indiki zamanla heç bir əlaqəsi olmayan zamandır.
2. Keçmişdə icra olunmuş ardıcıl hərəkətləri göstərir.
3. Bu zaman anlayışları ilə: ayer, anteayer, anoche, el aЕ€o pasado, el dia anterior, durante dos dias, dos dias antes, el mes pasado, la semana pasada. La semana pasada lei un libro muy interesante.
4. Hərəkətin icra olunduğu vaxt dəqiq göstərildikdə: Yo naci en el aЕ€o de 1987. Cristobal
Colon descubrio America en 1492.
 
yeni sözlər: 
ayer - dünən                                
anteayer - srağagün
anoche - keçən gecə
el aЕ€o pasado - keçən il
el dia anterior - ötən gün
durante dos dias - iki gün ərzində
dos dias antes - iki gün əvvəl
el mes pasado - keçən ay
la semana pasado - keçən həftə
nacer - doğulmaq, doğmaq
 
Ev tapşırığı.
1. Qrammatikanı yaxş öyrənmək.
2. yeni sözləri öyrənmək.
3. keçmiş zamana aid 10 cümlə yazmaq.
 
HAMIYA UĞURLAR!
25 fevral 2011
GO BACK