ADJETİVO
İspan dilində sifətlər isimlə birlikdə işlənərək cinsə və kəmiyyətə görə onunla uzlaşır və adətən isimdən sonra gəlir. İndi isə sifətlə daha yaxından tanış olaq:
1. Sonu “o” ilə bitən sifətlər kişi cinsinə aiddir: alto, bonito. El alumno bonito.
2. Sonu “a” ilə bitənlər qadın cinsindədir: Alta, bonita. Yəni kişi cinsində olan və sonu “o” ilə bitən sifətləri qadın cinsində vermək üçün “o” hərfi “a”ya çevrilir: la alumna bonita.
3. Hər hansı bir şəxsin milliyyətini və ya əşyanın hansı millətə məxsus olduğunu bildirən sifətlər kişi cinsində samitlə bitir, qadın cinsində “a” hərfini qəbul edir: el libro aleman, la revista alemana, el pueblo espaЕ€ol, la nacion espaЕ€ola.
4. Sonu samitlə bitən sifətlər həm kişi, həm də qadın cinsində olur: el abrigo gris, la chaqueta gris, el niЕ€o feliz, la niЕ€a feliz.
5. Sonu –an, -on, -or la bitənlər kişi cinsində işlənir. Onların qadın cinsini düzəltdikdən sonra “a” əlavə edilir. Por ejemplo, el niЕ€o holgazan, la niЕ€a holgazana, el hombre trabajador, la mujer trabajadora.
6. Sonu “e” ilə bitən sifətlər hər iki cinsə aiddir: el campo verde, la hierba verde.
Yeni sözlər:
Alto [alto] – hündür bonito [bonito] – gözəl
Alumno [alumno] – şagird azul [azul] - mavi
Abrigo [abriqo] - palto dulce [dulse] - şirin
Gris [qris] – boz chaqueta [çaketa] – jaket, pencək
NiЕ€o [ninyo] – uşaq feliz [feliz] – xoşbəxt
Holgazan [olqazan] - tənbəl hombre [ombre] – adam, kişi
gordo (qordo) - kök mujer [muxer] – qadın, həyat yoldaşı
Campo [kampo] – tarla verde [verde] – yaşıl
Grande [qrande] – böyük pequeЕ€o [pekinyo] – balaca
Rojo [roxo] – qırmızı bajo [baxo]- alçaq
Interesante [interesante) - maraqlı inteligente [intelixente] - ağıllı
Bueno [bueno] – yaxşı malo [malo] – pis
Barato [barato] – ucuz, caro [karo] – baha
trabajador (trabaxador) - əməksevər delgado [delqado] – arıq
NUMERALES
10- diez 200 - doscientos
20 - veinte 300 - trescientos
30 - treinta 400 - cuatrocientos
40 - cuarenta 500 - quinientos
50 - cincuenta 600 - seiscientos
60 - sesenta 700 - setecientos
70 - setenta 800 - ochocientos
80 - ochenta 900 - novecientos
90 - noventa 1000 - mil
100 - cien 1000000 - un milion
Ev tapşırığı:
1. Aşağıdakı ifadələri ispanca yazın:
Böyük ev, balaca oğlan, yaşıl köynək, ağıllı şagird, balaca maşın, böyük ev, baha otel, ucuz stol, gözəl gül, maraqlı gün.
2. Aşağıdakı ifadələri azərbaycanca yazın:
La pared alta, la mesa gris, el pan negro, la chica baja, el hombre malo, el pueblo pequeЕ€o, la mujer feliz, los ojos azules, el libro interesante, la mujer bonita.
Hamınıza uğurlar arzulayıram. Kimin sualı olsa buyursun, izah və kömək etməyə hazıram.