İspan dilində isimlər qadın və kişi olaraq iki yerə bölünürlər: masculino (kişi), femenino (qadın)
MASCULİNO:
1. Kişi cinsində olan isimlərin əksəriyyəti “o” hərfi ilə bitir: el ojo, el libro, el pueblo.
Excepcion (isitisna): la mano, la foto, la moto, la radio
2. Əksəriyyəti samitlə bitir: “l”, “n”, “r”, “s”, “z”. El pan, el temor, el mes.
Exception (istisna): la flor, la labor, la luz, la crisis.
3. Sonu “e” ilə bitənlərin çoxu: el monte, el conde.
Exception: la noche, la tarde, la calle
4. Həftənin günləri, aylar: el lunes, el agosto.
5. Sonu “ta”, “ma” ilə bitən yunan mənşəli sözlər: el tema, el sistema, el poeta, el planeta.
6. Çay, dağ, göl, dəniz, okean adları: el Baikal, el Caribe, los Andes.
7. Qütb adları: el sur, el norte, el este, el oeste.
8. Ümumiyyətlə, sonu “an”, “ate”, “ete”, “fre”, “g”, “i”, “j”, “je”, “m”, “me” ilə bitən sözlər kişi cinsinə aiddir.
FEMENİNO:
1. Qadın cinsində olan isimlərin çoxu “a” ilə bitir: la ventana, la mesa
Excepcion (isitisna): el dia, el mapa
2. Sonu “ion”, “cion”, “zon”, “tad”, “dad” ilə bitənlər: la felicidad, la sesion, la razon, la libertad, la verdad.
Exception: el corazon, el buzon
3. “tud” ilə bitənlər: la juventud, la multitud
4. Sonu “d”, “z”, “ion”la bitənlər: la paz, la pared.
Exception: el camion, el avion.
5. Ölkə, şəhər, əyalət adları: la Andalucia, la Habana.
Bəzi sənət, peşə adları həm qadın, həm kişi cinsində eyni sonluqla bitir. Bu zaman onları fərqləndirmək üçün hər iki cinsə müvafiq artikl işlənir: el⁄la artista, el ⁄la estudiante, el⁄la medico.
Elə isimlər var ki, eyni sonluqla bitir, lakin kişi və qadın cinsinin artikllarını qəbul etdikdə müxtəlif məna kəsb edir: el capital – kapital, la capital – paytaxt, el manzano – alma ağacı, la manzana-alma.
Yeni sözlər:
El ojo [oxo] – göz la flor [flor] – gül
El libro [libro] – kitab la labor [labor] - iş
El pueblo [pueblo] – kənd la luz [luz] - işıq
La mano [mano] - əl la crisis [krisis] – böhran
La foto [foto] – şəkil el monte [monte] - dağ
La moto [moto] – motosiklet el conde [konde]- qraf
La radio [radio] – radio la noche [noçe] – gecə
El pan [pan] – çörək la tarde [tarde] - axşam
El temor [temor] – qorxu la calle [kaye] – küçə
El mes [mes] – ay el tema [tema] – mövzu
El sur [sur] – cənub la ventana [ventana] – pəncərə
El norte [norte] – şimal la mesa [mesa] - stol
El este [este] – qərb el dia [dia] - gün
El oeste [oeste] – şərq el mapa [mapa] – xəritə
La felicidad [felisidad] – xoşbəxtlik la sesion [sesion] – seans
La razon [razon] – səbəb la libertad [libertad] – azadlıq
La verdad [verdad] – həqiqət el corazon [korazon] – ürək
El buzon [buzon] – poçt qutusu la juventud [xuventud]- gənclik
La multitud [multitud] – kütlə la paz [paz] – sülh
La pared [pared] – divar el camion [kamion] – yük maşını
El avion [avion] – təyyarə medico [mediko] – həkim