Qadin.NET / İspan dili 5-ci dərs

İspan dili 5-ci dərs

 

İspan dili 5-ci dərs

 

 

İspan dilində də artikl ismin qarşısında işlənərək, müəyyənlik və qeyri müəyyənlik bildirir. Artikl kişi və qadın cinsində, təkdə və cəmdə olur. Artiklın 2 növü var: Müəyyənlik (articulo determinado) Qeyri müəyyənlik (articulo indeterminado)

 

 

 

 

 artikl

Müəyyənlik

Qeyri müəyyənlik

 

cins

cins

 

Kişi

qadın

Kişi

qadın

Tək

El periodico

La revista

Un periodico

Una revista

Cəm

Los periodicos

Las revistas

Unos periodicos

Unas revistas

 

 

 

Keçən dərsimizdə əvəzliyi keçdik. 3-cü şəxs əvəzliyinin daha bir formasi var ki, bu da təkdə usted (usted), cəmdə isə ustedes (ustedes). Bu əvəzlik də el, ella kimi 3-cü şəxs hesab olunur, amma mənası siz deməkdir. Sadəcə bunun fərqi onunla izah olunur ki, usted hörmət mənasını bildirir. Özümüzdən böyüklərə və ya tanımadığımız şəxslərə məhz əvəzliyin bu forması ilə müraciət olnur.

 

Yeni sözlərlə tanış olaq:

periodico  - qəzet

revista   - jurnal

si - bəli

no - xeyr

agua - su

luz - işıq

mesa - stol

silla - stul  (bildiyimiz kimi iki qoşa ll hərfi sözdə y oxunur)

pluma - qələm

cuaderno - dəftər

bolsa - çanta

verdad - həqiqət

dulce - şirin

ciudad - şəhər

playa - çimərlik

camisa - köynək

negro - qara

blanco - ağ 

 

Uğurlar!

 

 

3 dekabr 2010
GO BACK