Qadin.NET / İspan dili 4-cü dərs

İspan dili 4-cü dərs

 

İspan dili 4-cü dərs



 

 

Bugünkü dərsimizi vurğu ilə başlamaq istəyirəm. İspan dilində söz saitlə  bitərsə, vurğu axırdan əvvəlki hecaya düşür:

 

femenino ⁄femenino⁄ (qadin) sözündə vurğu i hərfinə düşür.

maleta ⁄maleta⁄  (çemodan) sözündə vurğu e hərfinə düşür.

 

Söz samitlə bitərsə, vurğu sonuncu hecaya düşür:

 

capital ⁄kapital⁄  (paytaxt) sözündə vurğu sonuncu a hərfinə,

soledad  ⁄soledad⁄ (yalnızlıq) sözündə a hərfinə,

comer ⁄komer⁄  (yemək) sözündə e hərfinə düşür.


Bəzən vurğular sözün mənasını dəyişir. Məsələn,

 

Si sözü vurğu qəbul edərsə bəli, vurğusuz yazılarsa əgər mənasını verir.

El sözü vurğu altında o, vurğusuz kişi cinsi artiklı kimi başa düşülür.


Gəlin şəxs əvəzliklərilə tanış olaq:

 

Mən - yo  ⁄yo⁄ (bəzi ispandilli ölkələrdə y hərfi c oxunur, bu səhv deyil)

Sən - tu ⁄tu⁄

O - el  ⁄el ⁄ kişi c, ella ⁄ eya⁄  qadın cinsi

 

Biz - nosotros ⁄ nosotros⁄

Siz - vosotros ⁄ vosotros⁄

Onlar - ellos k.c ⁄ eyos⁄ , ellas q.c ⁄ eyas⁄

 

Əgər cümlədə  həm qadın cinsi həm də kişi cinsini bir yerdə  cəm şəklində vermək tələb olunsa, o zaman biz kişi cinsini götürərək ellos yazacıyıq.

 

İndi isə bugünkü yeni ifadələrlə tanış olaq:

¿como estas? ⁄ kom estas⁄  - necəsən?

estoy bien ⁄ estoy bien⁄  - yaxşıyam

¿de donde eres? ⁄ de donde eres⁄  - haralısan?

soy de Azerbaijan, Bakı ⁄ soy de Azerbayan, Baku⁄  - azərbaycanlı, Bakılıyam

¿donde estas? ⁄ donde estas⁄  - hardasan?

estoy en casa ⁄ estoy en kasa⁄  - evdəyəm.

 

P.S. İspan dilində cümlə sualla başlayarsa, cümlənin əvvəlində ¿, axırında isə? yazılır.

Nida cümləsi olduqda isə əvvəldə ¡, axırda isə ! qoyulur.

 

Uğurlar!!

30 noyabr 2010
GO BACK