Qadin.NET / İspan dili 2-ci dərs

İspan dili 2-ci dərs

 

İspan dili 2-ci dərs



 

Keçən dərsdə hərflərlə tanış olduq. İndi isə hərflərin verdiyi səslərlə tanış olaq. İspan dilində v hərfi (b) səsini verir. Məsələn,

vivir (bibir) yaşamaq

LL hərfi (y) səsini verir.

ellos (eyyos) onlar.  

c hərfindən sonra i, e hərfləri gələrsə həmin hərf (s) səsi verir. Məsələn,

cine (sine) kino,

cena (sena) axşam yeməyi.

qalan hallarda bu hərf (K) səsini bildirir.

casa (kasa) ev, claro (klaro) təbii ki

Q hərfi (k) səsini verir. hərfdən sonra ue, ui birləşməsi gəlir ki, oxu zamanı da (u) heç vaxt oxunmur:

que (ke) nə

quien (ken) kim

İspan dilində (h) hərfi heç bir səs bildirmir:

hola (ola) salam,

hablar (ablar) danışmaq

ahora (aora) indi.  

ch hərfi (ç) səsini verir:

chico (çiko) oğlan

charlar (çarlar) danışmaq

g hərfindən sonra e, i hərfi gələrsə (x) səsi verir:

gente (xente) millət,

gitano (xitano) qaraçı.

hərfdən sonra o, u saitləri və samit gəlsə (q) kimi oxunur:

gota (qota) damcı,

grande (qrande) böyük.

qalan hərflər öz səslərini verir.

 

Bu dərsimizdə kim nəyi başa düşməsə şərhlərdə qeyd edə bilər.

20 noyabr 2010
GO BACK