Oxu qaydaları:
1.“S” hərfi bir qayda olaraq sözlərin sonunda oxunmur:
Exercices, très, plus
2.“Z” hərfi sözlərin sonunda oxunmur.
Parlez, assez, chez.
3. Məsdəri “er”- lə bitən fпїЅllərdə “r” hərfi oxunmur.
Travailler, parler, rester, laisser.
4.“t” hərfi adətən sözlərin sonunda tələffüz пїЅdilmir.
Elle part, elle sort.
Qrammatika:
I. Birinci qrup fпїЅllərin indiki (présent de l’indicatif) zamanda şəxslərə görə dəyişməsi:
Fransız dilində fпїЅllər dəyişməyə görə üç qrupa bölünür. Birinci qrup fпїЅllərə sonu -“er” məsdər şəkilçisi ilə bitən fпїЅllər daxildir. Məsələn: parler, rester, fermer, dessiner. və s. Birinci qrup fпїЅlləri təsrif пїЅtmək üçün “er” məsdər şəkilçisini atmaq və fпїЅllərin kökünə aşağıdakı sonluqları əlavə пїЅtmək lazımdır.
Təkdə Cəmdə
I şəxs – e I şəxs - ons
II şəxs – es II şəxs – ez
III şəxs – e III şəxs – ent
Parler
Je parle Nous parlons
Tu parles Vous parlez
Il (elle) parle Ils (elles) parlent
Rester
Je reste Nous restons
Tu restes Vous restez
I (elle) reste Ils (elles) restent
II. İsimlərin cəm halı:
Fransız dilində isimlərin cəm halını düzəltmək üçün onların sonuna “s” hərfi artırılır:
La place – les places
La chaise – les chaises