Qadin.NET / Qitələr hərəkət edir

Qitələr hərəkət edir

 

Qitələr hərəkət edir

 

50 il əvvəl qitələrin hərəkət etdiyi fikri, bir çox geoloq tərəfindən rədd edilirdi. Bu anda müasir elmin işığında Plitələrin tektonikası nəzəriyyəsi olaraq bilinən bu nəzəriyyə demək olar ki, bütün geoloqlar tərəfindən istisnasız qəbul edilir. Bu günə qədər əldə edilən və bir çox fərqli elm sahəsindən gələn minlərlə dəlil bu nəzəriyyəni təsdiqləmişdir və indiki vaxtda geologiya daxilindəki ən güclü nəzəriyyələrdən biri olaraq varlığını davam etdirir.

Eynilə Təkamül nəzəriyyəsində olduğu kimi Plitələrin tektonikası nəzəriyyəsinə dair dəlilləri saymaqla bitməz, dağlar (hətta sıra dağlar) yaradacaq qədər dəlil var. Ancaq bu anda belə qitələrin hərəkət etdiyini haradan bilirik? Bəli, tam olaraq bu anda üzərində olduğumuz lövhə yüngülcə irəliləməkdədir. Bunu hiss edə bilmərik, çox yavaş bir dəyişmədir (eynilə təkamüllü dəyişmələr kimi). Lakin kifayət qədər təhsilliysək və hara, necə baxmamız lazım olduğunu biliriksə buhəqiqəti görməkasan olacaq.

 

Qitələr hərəkət edir

 

Məsələn, vizualdakı fotoşəkil ABŞ-ın Kaliforniya əyalətindəki El Centro bölgəsində 1979-cu ilin oktyabr ayında meydana gələn 6.9 ballıq zəlzələdən sonra çəkilmişdir. Bu zəlzələ Imperial vadisini necə deyərlər, "yerindən oynatmışdı". Zəlzələdən əvvəl nizamlı bir şəkildə əkilmiş kələm tarlaları zəlzələdən sonra sürüşən plitələr nəticəsində fotoşəkildəki halını almışdır. 

Bunun səbəbi bir-birinə doğru sürtünən iki plitənin bir-birlərinə görə və birdən hərəkət etmələri nəticəsində bu şəkildə qırılmaların meydana gəlməsidir. Bu qırılmalar bir anda böyük enerjilər ortaya çıxararlar və bunun yaratdığı titrəşmələr səthdə "zəlzələ" hesab edilər. Ancaq zəlzələdən başqa ayrı-ayrı insanlar tərəfindən təbiətdə gördüyümüzün əksinə daha nizamlı olaraq tikilmiş strukturlardakı (yollar, binalar, tarlalar kimi) sürüşmələr ilə də müşahidə edilə bilər.

Təbii ki, qitələrin hərəkətini görmək üçün mütləq layların qırılmasını gözləmək şərt deyil 1989-cu ildə NASA tərəfindən kosmosa göndərilən ilk GPS (qlobal mövqeləmə sistemi) peyki elm insanlarına lövhə hərəkətlərini görməmiz üçün yeni və birbaşa bir vasitə təqdim etdi. O gündən etibarın xüsusilə NASA Reaktiv Hərəkət Laboratoriyası Yerin orbitinə 2000-dən çox GPS peyki yerləşdirdi. Bunların hər biri Yerin müəyyən bölgələrini və o bölgələrdəki dəyişmələri izləməkdədir. Bu sırada, qitələrin illik bir neçə millimetrlik-santimetrlik hərəkətləri də bu həssas peyklər tərəfindən qeyd edilmişdir.

Yaşıl Elm

27 fevral 2015
GO BACK