Kainat bizi əhatə edən obyektiv varlıq olub, sonsuz və əbədi bir aləmdir. Kainatda göy cisimləri bir-biri ilə qarşılıqlı əlaqədə olub, qalaktikalar yaradır. Göy qübbəsində ağ yol kimi görünən Günəş sisteminin də daxil olduğu “Süd yolu” adlandırılan bizim Qalaktika öz oxu ətrafında 250 km/saniyə sürətlə hərəkət edərək tam dövrəni 200 milyon ilə yaxın vaxta başa vurur.
Günəş bizə ən yaxın ulduzdur. O, özündən işıq və istilik saçan qızmar qaz yığımından ibarətdir. Günəşin səthində temperatur 60000-ə, mərkəsinzdə isə 20 milyon dərəcəyə çatır. Günəşin diametri Yerin diametrindən 109 dəfə böyükdür. Günəş sestemində 9 planet (son dövrlərdə Plutonu “cırtdan planetlərə” aid edirlər), çox sayda asteroid, komet vı meteorit var. Planetlər (“Səyyarə”) Günəş şüaları ilə işıqlanan böyük səma cisimləridir. Planetlər Günəşdən uzaqlığına görə aşağıdakı ardıcıllıqla yerləşir: Merkuri, Venera, Yer, Mars (Yer qrupu və ya “daxili” planetlər), Yupiter, Saturn, Uran, Neptun, Pluton (xarici planetlər). Yer qrupu planetləri nisbətən kiçik olub sıxlıqları böyükdür (4-5,6 q/sm3), xarici planetlər nəhəng olub (Plutonu çıxmaqla) sıxlıqları 0,7 – 1,7 q/sm3 arasındadır. Planetlər ətrafında dolanan səma cisimləri peyklər adlanır. Yerin peyki Aydır.
Yer Günəş sisteminin Günəşdən məsafəsinə görə III, ölçüsünə görə V planetidir. Günəşdən orta məsafəsi 149,6 mln km-dir. İşıq şüaları Günəşdən Yerə 8,3 dəqiqəyə çatır.
Yerin Günəş ətrafında hərəkət etdiyi “yol” Yerin orbiti adlanır. Yerin orbit boyunca orta sürəti 29,8 km/san-dir. Orbit üzrə yerin qət etdiyi məsafə 940 mln km-dir. Yer öz xəyali oxu ətrafında dırlanmasını 1 sutkaya (23 saat 56 dəq 04 san) başa vurur. Yerin öz oxu ətrafında fırlanması nəticəsində gecə-gündüz yaranır. Günəşə çevrilmiş tərəfdə gündüz, əks tərəfdə isə gecə olur.
Yerin orbitindən “keçirilən” xəyali müstəvi orbit müstəvisi adlanır. Yerin fırlanma oxunun orbit müstəvisinə meyilliyi (66030`) fəsillərin yaranmasına, müxtəlif coğrafi enliklərdə gecə-gündüzün uzunluğunun qeyri-bərabər olmasına səbəb olur. Yer Günəş ətrafında hərəkət edərkən, onun fırlanma oxu orbitib müxtəlif hissələrində öz-özünə paralel olaraq qlır, odur ki, il ərzində Günəş şüalarının coğrafi enliyə nəzərən vəziyyəti dəyişir.
21 martda Yerin fırlanma oxu orbit müstəvisinə nəzərən elə vəziyyət alır ki, Günəş şüaları Ekvator üzərində zenitdə olur (yəni yer səthinə şaquli düşür, günorta vaxtı şaquli dirəyin kölgəsi olmur.). Həm Şimal, həm də Cənub yarımkürələri bərabər işıqlanır və yaz gecə-gündüz ərabərliyi yaranır. Həmin gündən başlayaraq Yerin Şimal yarımkürəsi Günəşə tərəf “çevrili”, Günəşin zenitdə olması Şimal yarımkürəsinə keçir. Odur ki, Şimal yarımkürəsində gündüz gecədən uzun (Cənub yarımkürəsində əksinə) olur. Şimal qütbündə Qütb gündüzləri, Cənub qütbündə Qütb gecələri başlayır. Yerin Şimal yarımkürəsinin Günəşə tərəf “əyilməsi” 22 iyuna qədər davam edir.
22 iyunda Günəş 23,50 şm.e. üzərində zenitdə olur. Bu enlik Günəşin zenitdə olduğu ən yüksək olduğu şm.e.-dir. Həmin bu (23,50) paralel Şimal (Xərçəng) tropiki adlanır. 22 iyunda Şimal yarımkürəsində sutka ərzində ən uzun gündüz, ən qısa gecə müşahidə olunur (Cənub yarımkürəsində əksinə). Bu vaxt 66,50 şm.e.-dən şimalda Qütb gündüzləri, 66,50 c.e.-dən cənubda Qütb gücələridir. Bu enliklər (66,50 ) Qütb dairəlrəi adlanır. Onlarda ildə 1 dəfə (1 sutka, 22 iyun və ya 22 dekabrda) qütb gecəsi və ya qütb gündüzü müşahidə olunur. Qütb dairələrindən qütbə (900) doğru qütb gecə-gündüzlərinin uzunluğu artır. Belə ki, qütb dairələri üzərində bir sutka, qütb üzərində yarım il qütb gecə-gündüzü olur. 22 iyundan sonra Günəşin zenit vəziyyəti cənuba doğru “qayıdır” və Şimal yarımkürəsində gündüzlər qısalmağa başlayır. Odur ki, 22 iyun yay gündönümü günü adlanır.
23 sentyabrda Günəş yenidən Ekvator üzərində zenitdə olur və bu gün “payız gecə-gündüz bərabərliyi günü” adlanır. Həmin gündən Cənub qütbündə qütb gündüzləri, Şimal qütbündə qütb gecələri başlayır. 23 sentyabrdan başlayaraq Yerin Cənub yarımkürəsi Günəşə tərəf “çevrilir” və Günəşin zenitdə olması Cənub yarımkürəsinə keçir. Yerin Cənub yarımkürəsinin Günəşə tərəf “əyilməsi” 22 dekabra qədər davam edir. Cənub yarımkürəsində gündüzlər gecədən uzun olur.
22 dekabrda Günəş 23,50 c.e.-də zenitdə olur. Günəşin cənub yarımkürəsində zenitdə olduğu ən yüksək enlik olan bu paralel cənub (Oğlaq) tropiki adlanır. 22 dekabrda Cənub yarımkürəsində ən uzun gündüz, ən qısa gecədir (Şimal yarımkürəsində əksinə). 22 dekabrdan sonra Günəşin zenit vəziyyəti Şimala doğru “qayıdır” və Cənub yarımkürəsində gündüzlər qısalmağa başlayır. Həmin gün qış gündönümü günü adlanır.
22 dekabrda Şimal Qütb dairəsindən şimalda qütb gecələri, Cənub Qütb dairəsindən cənubda qütb gündüzləri olur.
Beləliklə, Yerin Günəş ətrafında meyilli hərəkəti ilə bağlı fəsillər, qütb gündüzləri (gecələri) yaranır, müxtəlif coğrafi enliklərdə gecə-gündüz uzunluğu dəyişir. Qütb dairələri arasında gecə-gündüzün uzunluğu dəyişsə də, sutkanın uzunluğu sabit qalır. Yerin Günəş ətrafında tam dövrü 1 ilə (365 gün 5 saat 48 dəqiqə 46 saniyə) başa çatır.
İl ərzində Yerin işıqlanma və qızmasındakı fərqlərlər bağlı aşağıdakı işıqlanma və istilik qurşaqları yaranır:
1. Tropiklər arasında tropik və ya isti qurşaq.
2. Şimal tropiki ilə Şimal qütb dairəsi arasında şimal qütb və ya soyuq qurşağı.
3. Cənub tropiki ilə Cənub qütb dairəsi arasında cənub mülayim qurşağı.
4. Şimal qütb dairəsi ilə Şimal qütbü arasında şimal qütb və ya soyuq qurşağı.
5. Cənub qütb dairəsi ilə Cənub qütbü arasında cənub qütb və ya soyuq qurşağı.
İstilik qurşaqlarını izatermlər, işıqlanma qurşaqlarını isə tropiklər və qütb dairələri bir-birindən ayırır.