Qadin.NET / Sözün tərkibi və söz yaradıcılığı - 2

Sözün tərkibi və söz yaradıcılığı - 2

 

Sözün tərkibi və söz yaradıcılığı - 2

 

Sözün başlanğıc forması 

Hər bir sözün leksim mənası onun başlanğıc forması əsasında müəyyən edilir. Sözün başlanğıc formasına axırıncı leksik şəkilçi daxil olmaqla qrammatik şəkilçiyə qədər olan hissəsi daxildir. İsimlərdə başlanğıc for a qrammatik şəkilçisiz və adlıq halda olan hissədir. Feillərdə isə başlanğıc forma lüğətlərdə məsdər formasında verilir: oxutdurmaq. Amma bu feilin başlanğıc forması oxutdur hissəsidir.

Qraçmatik şəkilçisiz sadə sözlərdə başlanğıc forma ilə kök üst-üstə düşür. Məsələn, yurd sözünün kökü də, başlanğıc forması da eynidir. Yurddakı sözündə isə yurd sözün kökü, yurddakı başlanğıc forması hesab olunur.

Yurdumuzdakı sözünün başlanğıc forması elə yurdumuzdakı sözüdür. Çünki qrammatik şəkilçidən sonra leksik şəkilçi işlənmişdir. Sözlərin quruluşca növü, hansı nitq hissəsinə aid olması onların başlanğıc formasına görə müəyyən edilir. Söz birləşmələrinin də başlanğıc forması olur. Söz birləşmələrinin başlanğıc forması onların formal morfoloji əlamətləri daxil olmaqla götürülür. Məsələn, Məktəbin direktoru birləşməsi başlanğıc formadadır. Məktəbin direktoru-nu birləşməsi isə başlanğıc formafan çıxıb.


Bitişdirici samitlər 

Əgər söz saitlə bitərsə, şəkilçi də saitlə başlayarsa, onlsrı birləşdirən vasitə kimi y, n, s bitişdirici samitlərindən istifadə edilir. Məsələn, ana-y-a, bala-n-ı, ana-s-ı və s. Bəzən elə hallar olur ki, bitişdirici samitlər saitlə samiti də bir-birinə bağlaya bilir: o-n-lar, bu-n-dan, çəmənlikdəki-n-dən və s. Sözün kökündəki və ya şəkilçinin son samitini bitişdirici samitlə qarışdırmaq olmaz. Mədələn, külək sözü saitlə başlayan şəkilçi qəbul etdikdğ sonrakı k samiti y samitinə çevrilir: küləy-in, gəlməy-in. Bu sözlərdə y bitişdirici samit yox, birincidə kökün, ikincidə isə şəkilçinin samitidir.

Sonu k samiti ilə təkhecalı bitən sözlərdə səs dəyişməsi baş vermir: kök, tək, lək, bərk, börk, türk, kürk.

Sözü tərkibinə görə təhlil edərkən bitişdirici samitlər ayrıca işarə ilə qeyd edilə bilməz. Ya aid olduğu şəkilçinin tərkibində, ya da ayrıca - şərti işarəsiz qalmalıdır.

 

Sözün tərkibi və söz yaradıcılığı - 2


Söz yaradıcılığı 

Söz yaradıcılığı dilçiliyin bölmələrindən biri olub sözlərin yaranma üsullarını öyrənir. Dildə sözlər müxtəlif yollarla yaranır: morfoloji, sintaktik yolla.

Morfoloji yolla söz yaratmaq üçün söz kökünə və başlanğıc formaüına leksik şəkilçi artırmaq lazımdır: dad-sız, yağ-la, dön-əm və s.

Sintaktik yolla söz yaratma prosesi iki və daha artıq sözün birləşərək bir məna ifadə etməsidir. Mürəkkəb sözlər buna misal ola bilər: Aygün, dəvədabanı, soykök və s.

Mürəkkəb sözə leksik şəkilçi qoşulmasına baxmayaraq o, düzəltmə hesab olunmur. Mürəkkəb olaraq qalır. Bəzən söz yaradıcılığının leksik yolla əmələ gəlməsindən də danışılır. Dildə sözlərin öz əvvəlki mənasından fərqli olan yeni məna kəsb etməsinə leksik yolla sözyaraymaq deyilir. Məsələn, Ay sözü Yerin peykini və onun ətrafında fırlanma dövrünü (30 gün) və ya bazar həm alış-veri, heri, həm də istirahət gününü ifadə edir.


Eyniköklü sözlər 

Söz kökünə bir neçə leksik şəkilçi qoşula bilər. Bu zaman hər dəfə müdtəlif mənalı sözlər yaranır. Belə sözlərə eyniköklü sözlər deyilir. Məsələn, Gül-güllük-güldan-güldəki və s.

Eyniköklü sözlər ancaq düzəltmə sözdən ibarət olur. Leksik şəkilçilər vasitəsilə yaranmış eyniköklü sözlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər.

Əgər köklər omonim olarsa, eyniköklü söz yarada bilməz. Məsələn, yara sözü ilə yardakı sözü, sıxıntı sözü ilə sıxlıq sözləri eyniköklü ola bilməz. Çünki onların hər birinin kökü (diqqətli olun, sözün sadəcə kökündəngedir söhbət) müxtəlif nitq hissəsidir.

Qrammatik şəkilçilərlə eyniköklü söz yaratmaq olmaz. Qrammatik şəkilçilərlə yalnız eyni sözüm müxtəlif formalarını yaratmaq olar.

Eyniköklü sözlər eyni nitq hissəsinə aid olmaya da bilər. Məsələn, daşlıq isim, daşlamaq feil, daşlı isə sifətdir. Amma hər üç sözdə də sözün kökü daş ismidir.

"Sözün kökü hansı nitq hissəsinə aiddir?" sualı ilə "Söz hansı nitq hissəsindən yaranıb?" sualları tamam fərqli ifadələrdir. Məsələn, susuzluqdan sözünün kökü isim (su), yarandığı söz isə sifətdir (susuz). Susuzluqdan sözü isə sifətdən yaranmış isimdir. Bu zaman son leksik şəkilçi hansı nitq hissəsinə aid sözə qoşulubsa, o, əsas götürülür.


Sözün quruluşca növləri 

Sözlər quruluşuna görə üç yerə bölünür: sadə, düzəltmğ, mürəkkəb.

Sadə sözlər kökdən, bəzən isğ kök və qrammatik şəkilçkdən ibarət olur: daş, ağla, dinlə və s.

Düzəltmə sözlər leksik şəkilçilərin köməyi ilğ yaranan sözlərdir: kitabça, başla və s. Köməkçi nitq hissələri quruluşca düzəltmə ola bilmir.

Mürəkkğb sözlər iki və daha artıq sözdən ibarət olur. Mürəkkəb sözlər bitişik və defislə yazılır. Mürəkkəb sözlərdə bir vurğu olur və adətən, son sözün son hecasına düşür. Mürəkkəb sözlərdə istifadə ediləndefis tiredən fərqli olaraq durğu işarəsi hesab edilmir.

Mürəkkəb sözlər bir neçə yolla yaranır:

- İki müxtəlif mənalı sözün birləşməsi ilə: yolüstü, ağacdələn, baramaqurdu və s.

- Yaxın mənalı sözlərin birləşməsi ilə: oğul-uşaq, toyuq-cücə, bacı-qardaş və s.

- Antonim sözlərin birləşməsi ilə: yaxşı-pis, yuxarı-aşağı, ev-eşik və s.

- Eyni sözün təkrarı ilə: bir-bir, asta-asta, gülə-gülə və s.

- Biri və ya hər ikisi ayrılıqda işlənə bilçəyən sözlərin birləşməsi ilə: kələ-kötür, adam-madam və s.


Sözün leksik tərkibinə görə təhlili

"Bölgə" sözü quruluşca düzəltmədir, "böl" feilindən düzəlmişdir, leksik mənasına görə ərazi, rayon mənasını verir. Sinonimk rayondur. Omonimi, antonimi yoxdur, təkmənalıdır, türk mənşəli sözdür.

 

28 iyul 2017
GO BACK