Qadin.NET / Sözün tərkibi və söz yaradıcılığı - 1

Sözün tərkibi və söz yaradıcılığı - 1

Sözün tərkibi və söz yaradıcılığı - 1

Sözün tərkibi. Morfemika

Dilin lüğət tərkibindəki sözlər quruluşca müxtəlif olur: sadə, düzəltmə və mürəkkəb.Sözlərin quruluşunu öyrənmə üçün onu tərkib hissələrinə ayırmaq lazım gəlir. Dilimizdəki sözlər tərkib hissələrinə görə iki yerə bölünür: kök və şəkilçi. Sözün ayrılıqda işlənərək leksik məna verən hissəsinə kök, leksik məna verməyən hissəsinə isə şəkilçi deyilir.

Morfemika dilçiliyin sözlərin tərkibindən, onların quruluşundan bəhs edən bölməsidir. Şəkilçilərin də omonim, sinonim, antonimliyi ola bilər.

Şəkilçilərin leksik mənası olmur və sözdən ayrı yazılmırlar. Sözün hecalara ayrılması ilə kök və şəkilçiyə ayrılması tamamilə fərqli anlayışdır. Məsələn qar-daş-lıq-lar (Burada söz hecalara ayrılıb.), qardaş-lıq-lar (Burada isə kök və şəkilçiyə ayrılıb).

Dilimizdəki bütün qrammatik şəkilçilər milli şəkilçilərdir.

Dilimizdə çox az təsadüf edilən şəkilçilərə qeyri-məhsuldar leksik şəkilçilər deyilir. Məsələn, -man (qocaman, şişman), -gər (misgər), -lam (sağlam), -sal (qumsal, rəqəmsal) və s.

Bir cür yazılan şəkilçilərin hamısı leksik şəkilçilərdir. Bir sözə bir neçə leksik şəkilçi qoşula bilər: pambıq-çı-lıq-dakı, biç-in-çi-lik və s.

Şəkilçilərin növləri

Sözün tərkib hissələrindən olan şəkilçilər bir çox xüsusiyyətlərinə görə növlərə bölünür: mənasına (funksiyasına) görə, yazılışına görə, mənşəyinə görə, qoşulma yerinə görə və məhsuldarlığına görə.

Sözün tərkibi və söz yaradıcılığı - 1

Mənasına görə şəkilçilər 

Leksik şəkilçilər (sözdüzəldici)

Qrammatik şəkilçilər (sözdəyişdirici)

Sözlərin kökünə və ya başlanğıc formasına qoşularaq yeni mənalı sözlər yaradan şəkilçilərə leksik şəkilçilər deyilir. Leksik şəkilçi sözün mənasını dəyişsə də, yeni sözlər kök arasında məna yaxınlığı olur. Məsələn, gözlük. Göz insanın bədən üzvlərindəndir, lakin gözlük gözə taxılan bir əşyadır.

Dilimizdə leksik şəkilçilər sözə qrammatik şəkilçilərdən əvvəl qoşulmalıdır: gəmi-çi-lik-lər-dən-dir və s.

Bəzi leksik şəkilçilər var ki, qrammatik şəkilçilərdən sonra da işlənə bilir: -kı4, -sız4, -gil, -dakı2. Məsələn, xalamgil, əmimgildəki, atamsız, bizimki və s. Bu hal Azərbaycan dilinin iltisaqiliyini pozur.

Sözün kökünə qoşularaq onu başqa sözlərlə bağlamağa xidmət edən şəkilçilərə qrammatik şəkilçilər deyilir. Qrammatik şəkilçilər sözün mənasını yox, təkcə formasını dəyişir. Qrammatik şəkilçilər yalnız iki və dörd çür yazılır və milli mənşəli olurlar.

 Qrammatik şəkilçilər

İsimlərdə cəm, hal, mənsubiyyət, xəbərlik (şəxs) şəkilçiləri:

 Cəm: -lar2; analar, nənələr.

Mənsubiyyət: -ım4 (-m), -ın4 (-n), -ı4 (-sı4), -ımız4 (-mız4), -ınız4 (-nız4), -ları2; anam, anamız, anan, ananız, anası, anaları.

Hal: -ın4 (-nın4), -a2 (-ya2), -ı4 (-nı4), -da2, -dan2; kitabın, kitaba, kitabı, kitabda, kitabdan.

Xəbər (şəxs) şəkilçiləri: -am2, -ıq4, -san2, -sınız4, -dır4, -dır4(-lar4); adamam, adamsan, adamıq, adamsınız, adamdır, adamdırlar.

Feildən feil düzəldən –dır4 şəkilçisi ilə -dır4 xəbərlik şəkilçisini fərqləndirmək bəzən çətin olur. Adı çəkilən omonim şəkilçiləri bir-birindən fərqləndirmək üçün –maq2 məsdər şəkilçisini sözə artırmaq lazımdır. Əgər qoşularsa, leksik, qoşulmazsa, qrammatik şəkilçidir. Bir də yadda saxlamaq lazımdır ki, -dır4 leksik şəkilçisi yalnız feil düzəldir. Bundan başqa, -dır4 qrammatik şəkilçi (şəxs şəkilçisi) olduqda vurğu qəbul etmir.

Sözün tərkibi və söz yaradıcılığı - 1

Feillərə məxsus qrammatik şəkilçilər:

İnkarlıq şəkilçisi: -ma2; yazma, gəlmə.

Feilin şəkillərinin şəkilçiləri: -a2, -ası2, -malı2, -sa2; gələsi, deyəsi, yaza, oxumalı, deyib.

Şəxs sonluqları: I şəxs –ım4, -am2, -m, -aq2(q-k), -ıq4(q); yazaq, oxumuşuq, alım, baxam. II şəxs –san2, -ın4(-n), -sınız4, -nız4; almısan, oxudun, aldınız. III şəxs –sın4, -dır4, -sın4(-lar2), -dır(-lar); alsın, yazsınlar, aldılar, oxumalıdırlar.

 Məsdər şəkilçisi: -maq2 (-ma2); gəlməyi, gəlməsi, oxumağı, oxuması.

Feil sifət şəkilçiləri: -mış4, -acaq2, -an2, -malı2, -ası2, -dıq4+mənsubiyyət; yatmış (pişik), görüləcək (iş), yazan (adam), yazdığım (kitab).

Feili bağlama şəkilçiləri: -ıb4, -araq2, -dıqca2, -a2-a2, -madan2, -anda2, -dıqda2, -arkən2, -dıqca4, -ınca4, -ar-maz4; gülüb, gülərək, güldükcə, gülə-gülə, gülmədən, güləndə.

Yazılışına görə şəkilçilər 

I. Bir cür yazılan şəkilçilər.

II. İki cür yazılan şəkilçilər.

III. Dörd cür yazılan şəkilçilər.

Dilimizdəki leksik şəkilçilərin əksəriyyəti, qrammatik şəkilçilərin hamısı ahəng qanununa tabe olur. Onlar qoşulduğu sözün son hecasının ahənginə uyğun olaraq iki və dörd cür yazılırlar. İki cür yazılan şəkilçiləri tərkibində a, ə (açıq), dörd cür yazılan şəkilçilərin tərkibində isə ı, i, u, e (qapalı) saitlər olur. Məsələn, açar sözünün son saiti qalın olduğu üçün ona -lar, ərən sözünün son saiti incə olduğu üçün ona -lər şəkilçisi qoşulur.

Dilimizdə bir cür yazılan şəkilçilər də var. Bu cür şəkilçilər çox zaman ahəng qanununa tabe olmurlar. Məsələn, yol-daş, vətən-daş, məslək-daş, sənət-kar və s.

Sözün tərkibi və söz yaradıcılığı - 1

Mənşəyinə görə şəkilçilər 

I. Milli şəkilçilər.

II. Alınma şəkilçilər.

Türk dilinə aid olan şəkilçilər milli şəkilçilərdir. Dilimizdəku qrammatik şəkilçilərin haçısı, leksik şəkilçilərin isə əksəriyyəti milli şəkilçilərdir. Alınma şəkilçilər, əsasən, ərəb, fars dillərindən keçmişdir.

Bir cür yazılan şəkilçilərin əksəriyyəti ərəb, fars dillərindən gəlmə şəkilçilərdir.

İstisna: -daş, -gil, -sov, -laq, -şın şəkilçiləri milli şəkilçilərimizdir. Bəzi bir cür yazılan şəkilçilər aid olduğu dildə leksik mənaya malik olan sözdür, lakin bizim dilimizdə onlardan şəkilçi kimi istifsdə edilir. Məsələn, xana-ev, ban-baxan, dar-malik olmaq, kar-iş, saz-düzəldən mənasını verir.

Alınma şəkilçilər: -dar, -keş, -kar, -xana, -i(vi), bi-, na-, la-, ba-, -ist, -izm, -iyyə, -pərvər, -co və s.

Qoşulma yerinə görə şəkilçilər

I. Sözönü şəkilçilər.

II. Sözarxasi şəkilçilər.

Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi dildir. Elə buna görə də dilimizdə şəkilçilər bir qayda olaraq kökdən sonra sözə qoşulur: mis-gər, bağ-ça. Lakin dilimizdə alınma sözlər olduğu kimi alınma şəkilçilər də var. Bəzi əcnəbi şəkilçilər milli şəkilçilərimizdən fərqli olaraq sözün önünə də artırılır. Bu tip şəkilçilər, adətən, alınma sözlərə qoşulur. Məsələn, bi-elm, la-qeyd, na-cins, co-mərd, a-normal, anti-faşist,ba-məzə.

İstisna hallarda ön şəkilçilər türk mənşəli (milli) sözlərə də qoşula bilir: na-kişi, na-təmiz, na-dinc. Mədaxil və Məxaric sözləri fleksiyaya uğrayan quruluşca sadə isimlərdir. Ön şəkilçilər sifət düzəldir.

18 avqust 2016
GO BACK