Qadin.NET / 2-ci sinif üçün testlər

2-ci sinif üçün testlər

Mənim 2 övladım məktəbə gedir. Biri 2-ci sinifdə oxuyur, o biri isə 3-cü sinifdə. İlboyu onlarla dərslərimizi birlikdə oxuduq, birlikdə

şəkillər çəkdik, birlikdə mütaliələr etdik. Lakin ilin sonunda uşaqların bildiklərini yoxlamaq istədim. Ancaq internet aləmini bir-birinə

vurdum belə hazır testlərə rast gəlmədim ki, uşaqlar üçün printerdə çıxarım. Qərara gəldim ki, test suallarını özüm hazırlayım.

Hazırladım və uşaqlar bu testləri cavablandırıb mənə verdilər. Sonra düşündüm ki, sizinlə də bölüşüm. Axı mənim kimi övladı məktəbdə

oxuyan çox analarımız var və beləcə xanımlar, buyurun, övladınızın bilik səviyyəsini siz də yoxlayın.

1-6 test sualları aşağıdakı mətnlə bağlıdır.

 Çəpişlərim

A) Bir cüt dəcəl çəpişim var,

Öyrəniblər mənə onlar.

B) Biri ala, biri sarı,

Şişdir qoşa buynuzları.

C) Çəpişlərim şirin gözlü,

Mələyəndə ceyran sözlü.

Ç) Arx üstündən adlar keçər,

Göy ot yeyər buz su ər.

(Mirzə Ələkbər Sabir)

1. Şeirin hansı bəndində altından xətt çəkilmiş sözlərin yeri dəyişik düşüb?

A) B

B) C

C) Ş

2. Tünd rəngdə verilmiş sözlərdən biri hərəkət bildirir:

A) Onlar

B) Şişdir

C) Adlar

3. Sonuncu bənddə sözlərdən biri ad bildirsə də, əlamət bildirən söz kimi işlənib:

A) Arx

B) Ot

C) Buz

4. Şeirin “B” bəndində hansı söz "cüt" sözü ilə yaxın mənalıdır?

A) Biri

B) Qoşa

C) Sarı

5. “Ç” bəndindəki hansı söz nöqtələrin yerinə uyğun gəlir?

Təpə-dağ, dəniz-okean, ...-çay

A) Arx

B) Ot

C) Su

6. Məntiqə görə nöqtələrin yerinə hansı söz yazılmalıdır?

Buzov-inək, quzu-qoyun, çəpiş- ...

A) At 

B) Camış

C) Keçi

7. Hansı sözlərdən mürəkkəb söz yaratmaq olmur?

A) Diz-ayaq                    

B) Baş-ayaq              

C) Göz-qaş

8. Tapmacanın hansı misrası söz birləşməsidir?

Yağış yağanda

Çimər yuyunar,

Yazda geyinər,

Qışda soyunar.

A) 1-ci                            

B) 2-ci                       

C) 3-cü 

2-ci sinif üçün testlər

9. Tapşırığın düzgün cavabını tap:

(kisə-sə) + (qutab-qu) = ...

A) Kitab                         

B) Səki                         

C) Sabit

10. Hansı atalar sözündə iki cüt əksmənalı söz var?

A) Dost yolunda boran olar, qar olar.

B) Dost arası sözsüz olmaz

C) Ağıllı düşmən axmaq dostdan yaxşıdır.

11. Tapmacada açar sözlər hansılardır?

Ovun alsan mırıldar, sığallasan xoruldar.

1. Mırıldar                        2. Sığallasan                         3. Xoruldar

A) 1, 2 B) 2, 3 C)1, 3

12. Hansı sözdə “u” yazılmalıdır?

A) M...barizə               

B) M...siqi                         

C) M...bahisə 

13. Nöqtələrin yerinə hansı söz yazılmalıdır?

Uşaqlar gəmi modeli hazırlamaq istəyirdilər. Müəllim onlara taxta, mişar, karton, çəkic, ... verdi.

A) Yapışqan                      

B) İynə-sap                        

C) Su

14. Şeirdə buraxılan misra hansıdır?

Baharı çox sevirəm,

Hər tərəf yaşıllaşır,

...............................

Sel olub aşıb-daşır.

A) Bağlardan gələn sular              

B) Qayalardan gələn sular             

C) Dağlardan gələn sular

15. Hansı mürəkkəb söz əksmənalı əlamət bildirən sözlərdən yaranıb?

A) Ağlı-qaralı                                

B) Alış-veriş                             

C) Söz-söhbət

2-ci sinif üçün testlər

16. Bunların hansında sual ifadə olunur?

A) Atalar sözü                              

B) Sanamalar                            

C) Tapmaca

17. Aşağıdakıların hansı cümlədir?

A) Orxan əlaçıdır.                        

B) Dağ çayının şırıltısı.            

C) Quşların şənəğməsi.

18. Bu fikirlərdən biri atalar sözünə aiddir.

A) Açar sözlər olur.                      

B) Müdrik fikir ifadə edir.           

C) Uşaq yatarkən deyilməlidir.

19. Hansı sözlərin birinci hərfi böyüklə yazılmır?

A) Ad və soyadların

B) Meşədə bitən ağacların adları

C) Ğlkə, şəhər, kənd adlarının

19 may 2015
GO BACK