Qadin.NET / Sürətli oxu - 2

Sürətli oxu - 2

Sürətli oxu nədir?

“Literaturnaya qazeta”-nın qeydlərindən birində yazılmışdı: "Dəqiqədə beş min işarə - mühəndis Bloxinin oxu sürəti belədir".

Öz metodunun məğzini izah edərkən Bloxin belə dedi: "Mən heç vaxt oxuduqlarımın üzərində düşünmürəm".

Əvvəlki xəbərimizdə artıq oxu prosesinin mürəkkəbliyi və müxtəlifliyi barədə danışmışıq. Bu problemə daha bir baxış da mövcuddur. İnsanlar yüz əsrlərdir ki, oxuyurlar, lakin oxunun sürətinin artırılması yalnız dövrümüzdə bütün kəskinliyi ilə meydana çıxıb. Səbəb nədir? Bu suala cavab vermək üçün elmi və kütləvi kommunikasiya proseslərində, daha doğrusu çap informasiyalarının formalaşdırılması və ötürülməsi proseslərində baş vermiş keyfiyyət dəyişmələrini nəzərdən keçirmək lazımdır. İnsan cəmiyyətinin inkişaf tarixi, hər şeydən əvvəl, məlumatın yenidən işlənməsi və sıxılması yolu ilə biliklər xəzinəsinin inkişaf tarixidir. Cəmiyyətdə həmişə tərkibində yeni biliklər olmayan böyük əlavə məlumatlar axını dövr edir. Düşünmək lazım deyil ki, məlumatın yenidən istehsal edilməsi müasir inkişafın nəticəsidir. Tarixə nəzər salsaq, keçmişdə də oxşar faktların mövcud olduğunu görərik. Qədim misirlilər papiruslarda rəqəmlər vasitəsilə üçbucaqların xüsusiyyətləri və əməliyyat yerinə yetirmə qaydalarına dair o qədər qeydlər ediblər ki, bu materialların mənimsənilməsi onların müasirləri üçün sadəcə qeyri-mümkün olub.

Sürətli oxu - 2

Çıxış yolunu konkret halların biliklərini ümumi və daim təkrarlanan müddəalarla-qanunauyğunluqlarla əvəzləməkdə tapıblar. Beləliklə, riyaziyyatda yeni cərəyan-məsələ həllinin cəbri metodları yarandı. Buradan belə nəticə çıxarmaq olar ki, məlumat bolluğunun səbəb olduğu müasir informasiya böhranı şəraitində oxu elə təşkil olunmalıdır ki, artıqları seçib ayırarkən yalnız əsaslı dərəcədə yeni olanları, biliklərin əsaslarını seçə bilək, təfəkkür vasitəsindən istifadə edərək yaddaşımıza yeni biliyin əsasını qoya bilək. Burada izah edilmiş informasiyanın emal edilməsi proseslərinin modeli sürətli oxunun nə demək olduğunu izah etməyə kömək edir. Beləliklə, sürətli oxu oxunmuşun tam və keyfiyyətli mənimsənilməsini təmin edən və qeyri-ənənəvi metodlarla yerinə yetirilən tam mətnin oxunmasıdır. Bununla da, deyə bilərik ki, sürətli oxu "diaqonal üzrə" səthi oxu deyil, başdansovdu oxu da deyil. O, fəal yaradıcı idrak prosesidir, bu proses zamanı oxucu faktları, hökmləri təhlil edir, ayrı-ayrı məfhumların sintezini aparır, nəticədə də yeni biliyin təməli qoyulur. Məhz buna görə də sürətli oxunun təlimi metodikasının işlənib hazırlanması təkcə analizatorların: nitq, eşitmə, görmənin idarə edilməsi məsələsinin həllini tələb etmir, həm də əqli fəaliyyətin alqoritmlər sisteminin, yəni müəllifin mətində ifadə etdiyi və oxucu üçün yetərli və vacib olan məlumatın ortaya çıxarılması və emal edilməsi əməliyyatlarının işlənib hazırlanmasını tələb edir. Məhz buna görə də çox vaxt məlum olur ki, sürətli oxu, nə qədər paradoksal olsa da, oxunmuşun keyfiyyətli mənimsənilməsini ləng oxudan daha yaxşı təmin edir.

Məşhur Sovet psixoloqu L.S. Vıqotski hələ 1931-ci ildə yazırdı: “Adətən, hesab edirlər ki, ləng oxu zamanı anlama daha yüksək olur, əslində isə sürətli oxu zamanı anlama daha yaxşı olur, çünki müxtəlif proseslər müxtəlif sürətlə baş verir və anlama sürəti oxunun daha sürətli tempinə cavab verir”.

Sürətli oxu - 2

Sürətli oxu texnikasının mənimsənilməsində vərdiş məfhumu olduqca mühüm əhəmiyyət kəsb edir. Vərdiş nədir? Psixologiyada vərdiş heç bir cəhd olmadan, avtomatikləşmiş hərəkətlər kimi təyin olunur. İnsan hələ uşaqlıqdan özündə bu vərdişlər sistemini formalaşdırır. Biz cəhdsiz hərəkət edirik, velosiped sürürük, üzürük və s. Həmçinin mühüm olan vərdişin bir dəfə formalaşdıqdan və möhkəmləndikdən sonra artıq bütün ömür boyu davam etməsi halıdır. Məsələn, siz üzməyi öyrənmisinizsə, sizin suda qalmaq bacarığınız istənilən situasiyada qorunub saxlanılacaq. Təsadüfən suya düşsəniz, məsələn, dostlarnız sizi körpüdən itələsələr, hətta geyimli və ayaqqabı ilə suyun dibində qalacaqsınız. Bu vərdişə malik olmayan insanlardan fərqli olaraq, suda boğulmayacaqsınız, suyun dibinə getməyəcəksiniz. Buna bənzər hadisə bizim situasiyamızda da baş verir. Sürətli oxu metoduna yiyələnərək siz həmişə sürətlə oxuyacaqsınz, həmişə informasiya okeanının üzərində qalacaqsıniz, onun sizi batırmasına imkan verməyəcəksiniz. Bununla yanaşı, siz oxunun sürətinin əsirinə çevrilmirsiniz. Hər dəfə mətnin növündən və oxunun məqsədindən asılı olaraq oxunuzun sürətini tənzimləyirsiniz.

Oxunu hansı halda sürətli, hansı halda isə ləng hesab edəcəyimizi müəyyənləşdirmək üçün Cədvəl 1-də göstərilmiş sürət şkalasına əsaslanırıq. Sürətli oxu kursu oxu sürətini ilkin sürətlə müqayisədə orta hesabla 3 dəfə artırmağa imkan verir; bir qayda olaraq, şagirdlər dəqiqədə 3000 və daha çox işarə (3000 işarə - təxminən 500 sözdür) sürətinə çatırlar. Belə sürət bir saata, orta hesabla, 100-ə yaxın eyni formatlı kitab səhifəsini oxumağa imkan verir.

                                                                      Cədvəl 1. Oxu sürətinin normativləri.

               Oxunun sürəti

Dəqiqədə səslərin sayı

Çox ləng

900

Ləng

1200

Orta

1500

Ortadan yuxarı

1800

Sürətli

3000

Çox sürətli

5000

Fövqəlsürətli

10000 və daha artıq

12 avqust 2014
GO BACK