1. Bunlardan biri əvəzliyin növü deyil.
A) nisbi əvəzliklər
B) müqayisə əvəzlikləri
C) sual əvəzlikləri
2. Şəxs əvəzlikləri hansılardır?
A) mən, biz, hamı
B) sən, siz, onlar
C) o, biz, heç kim
3. Hansı cümlədə şəxs əvəzliyi işlənmişdir?
A) Bu kitab kimindir?
B) O sözü sənə kim deyib, çəkinmə, de.
C) Kitab oxumağı sevirəm.
4. İşarə əvəzliyi işlənən cümləni tapın.
A) O, qələmi götürüb nəsə cızmağa başladı.
B) O kitabı istəyir.
C) O, məndən kitabı istəyir.
5. Bütün arzularım alt-üst oldu cümləsində bütün sözü nədir və cümlədə hansı funksiyadadır?
A) Sifət, təyin
B) Təyini əvəzlik, təyin
C) Sifət, mübtəda.
6. Qeyri-müəyyən əvəzliyi olan cümlə hansıdır?
A) Bunu kim deyibsə, yalan deyib
B) Kimisi yemək bişirir, kimisi çay dəmləyir, kmisi ev təmizləyir, kimisi də sadəcə oturub baxırdı.
C) Bəzi qonaqlar artıq mühitdən sıxılmağa başlamışdılar.
7. Qayıdış əvəzliyi olan cümləni tapın.
A) Sən bu işə qarışma
B) Özüm hamısını həll edəcəm
C) Kimsəyə də bir söz demə.
8. 128 rəqəmi hansı bənddə rum rəqəmi ilə düzgün ifadə olunmuşdur?
A) CXXVIII
B) CXVIII
C) MCVIII
9. Hansı rum rəqəmi düzgün yazılmışdır?
A) MCCDV
B) MCCLI
C) MCCML
10. Bəndlərin birində qeyri-müəyyənlik bildirən say işlənmişdir.
A) Məclisə çox az adam gəlmişdi.
B) İki nəfər zala daxil oldu.
C) Onun yüz baş qoyununu canavar gecə ikən parçalamışdı.
11. Alınma saylar cərgəsini göstərin
A) yüz, min, miyon
B) milyon, milyard, trilyon
C) trilyon, min, milyard
12. Numerativ sözlərin düzgün işləndiyi bəndi tapın.
A) Həyətdə iki cüt polis dayanmışdı.
B) Evimiz iki göz otaqdan ibarətdir.
C) Dörd baş uşağı necə saxlayacağını düşünərkən, qapı döyüldü.