Qadin.NET / Azərbaycan dili - XVII Dərs

Azərbaycan dili - XVII Dərs

Azərbaycan dili - XVII Dərs

Əvəzlik.

Şəxs, əşya, əlamət, keyfiyyət, hərəkət bildirən sözləri ümumi və ya qeyri-müəyyyən şəkildə əvəz edən, yaxud sadəcə olaraq onlara işarə edən sözlərə əvəzlik deyilir.

Əvəzliklər leksik-qrammatik səciyyəsinə, sintaktik vəzifəsinə görə fərqlənən orijinal bir kateqoriyadır. Əvəzlik öz mənasını yalnız cümlə içərisində, başqa sözlərlə əlaqədə tapır. Təklikdə götürdükdə heç bir məna ifadə etmir. Əvəzliklər mənaca boş sözlərdən ibarətdir, ad və hərəkət bildirən sözlərin əvəzində işlənmək üçün xüsusi qəlibdir.

Əvəzliklərin bir nitq hissəsi kimi özünəməxsus morfoloji əlaməti yoxdur. Əvəzlik hansı nitq hissəsinin əvəzinə işlənirsə onun da morfoloji əlamətlərini qəbul edir.

Əvəzliyin sintaktik vəzifəsi də onun əvəz etdiyi nitq hissələrinin sintaktik vəzifəsindən asılı olur. Hansı nitq hissəsini əvəz edirsə onun da sintaktik vəzifəsinə sahib olur.

Əvəzliklər mənaca müxtəlif şəkildə təsnif olunur. 

Azərbaycan dili - XVII Dərs

1. Şəxs əvəzlkləri

2. Qayıdış əvəzliyi

3. Sual əvəzlikləri

4. Qeyri-müəyyənlik bildirən əvəzliklər

5. İnkar əvəzlikləri

6. Nisbi əvəzliklər

7. İşarə əvəzlikləri

İşarə əvəzliyindən başqa digər əvəzliklər hamısı şəxs, əşya, hadisə, əlamət, kəmiyyət, hərəkət bildirən sözləri əvəz edir. İşarə əvəzliyi isə şəxs, əşya adlarına işarə məqsədilə istifadə olunur.

Şəxs əvəzlikləri 

Azərbaycan dili - XVII Dərs

Şəxs anlayışını heç bir konkretlik bildirmədən, ümumi şəkildə ifadə edən əvəzliklərə şəxs əvəzlikləri deyilir. Şəxs əvəzlikləri hər üç şəxsin təkini və cəmini bildirən sözlərdən ibarətdir. Şəxs əvəzlikləri bunlardır:

Təkdə :Mən, Sən,O 

 Cəmdə :Biz, Siz, Onlar          

 Mən danışan şəxsi, sən dinləyəni, o isə haqqında danışılanı bildirir.

I və II şəxslərin tək və cəmi yalnız şəxs əvəzlikləri ilə, III şəxsin təki və cəmi isə həm şəxs əvəzliyi, həm də isimlə ifadə oluna bilir.

Mən

Sən

O ( uşaq)

Biz

Siz

Onlar ( uşaqlar)

I və II şəxsin cəmi -lar şəkilçisi vasitəsilə düzəlməsə də bəzən dilimizdə bizlər, sizlər kimi sözlər işlənir. Bu hal əvəzlikdə xüsusi məna çalarını əmələ gətirir, nəsil, tayfa, təbəqə, dəstə mənası yaradır.

Şəxs əvəzlikləri isimləri əvəz edir. I və II şəxsin tək və cəmi kim sualına, III şəxsin təki və cəmi isə həm kim? həm də nə? sualına cavab olur.

Şəxs vəzlikləri isimləri əvəz etdiyi üçün isim kimi hallanır.

Şəxs əvəzlikləri də isimlər kimi qoşmalarla əlaqələnə bilir. Üçün, ilə qoşmaları adlıq halda olan isimlərə qoşulaur. Lakin bu qoşmalar əvəzlikləri yiyəlik halda tələb edir. Məsələn: təhsil üçün- onun üçün,

Lakin III şəxsin cəmini adlıq halda tələb edir. Məsələn: uşaqlar üçün- onlar üçün. Onların üçün demirik.

Şəxs əvəzlikləri təyin vəzifəsində iştirak etmir. Məsələn: “Biz qadınlar hər şeyin ən gözəlinə layiqik”. Cümləsində biz sözü təyin deyil, mübtədadır. Qadınlar sözü isə mübtədanın yanında xüsusiləşməyən əlavədir.

I və II şəxsin cəmi isə yiyəlik halda işlənərkən və II tərəf mənsubiyyət şəkilçisi qəbul etmədikdə təyin olur. Məsələn: Bizim yerləri heç unuda bilmirəm.--- Hansı yerləri? - bizim yerləri.

Şəxs əvəzlikləri –kı, -ki şəkilçisi qəbul edərək mənsub əşyanı bildirə bilir. Məsələn: Bəxtim üzümə heç gülmədi. Mənimki də belə gətirib.

Şəxs əvəzlikləri –lik, -li çəkilçisi qəbul edərək isim və sifət kimi işlənir.

Məsələn: bu iş mənlik deyil. Bizli-sizli qarşılıqlı axşam yeməyinə nə deyirsiz?

-cığaz, -ciyəz şəkilçiləri də əzizləmə, nəvaziş, kinayə çalarları yaradır. Məsələn: Mənciyəz heç nə deyən deyiləm.

Şəxs əvəzliklərinin bir sıra üslubi işlənmə məqamları da var. Təvazökarlıq məqsədilə mən əvəzinə biz, hörmət əlaməti olaraq sən əvəzinə siz işlədirik. Hətta dövlət adamlarına, görkəmli şəxslərə müraciət zamanı siz sözünün baş hərfi böyük yazılır. Məsələn: Siz mənim hörmət etdiyim yazarsınız.

 

Azərbaycan dili - XVII Dərs
31 mart 2013
GO BACK