1. Sifətin neçə dərəcəsi var?
a) 4
b) 3
c) 5
2. Sifət nədir?
a) Əşyanın əlamətini bildirən əsas nitq hissəsidir.
b) Hərəkətin necəliyini bildirən əsas nitq hissəsidir.
c) Əşyanın necəliyini bildirən köməkçi nitq hissəsidir.
3. Sadə sifətlər cərgəsini göstərin.
a) Nümunəvi, yaxşı, inasni
b) əla, gözəl, sadə
c) ağıllı, namərd, əməkdar
4. Ərəb-fars mənşəli şəkilçilər vasitəsilə
düzəldilmiş düzəltmə sifətlər hansı cərgədə verilmişdir?
a) Sənətkar, nümunəvi, gedəri
b) Vətənpərvər, mənalı, həyalı
c) Xəyalpərəst, xudpəsənd, kələkbaz.
5. Rus-avropa mənşəli şəkilçilərdən yaranmış
düzəltmə sifətlər cərgəsi hansıdır?
a) Mənəvi, inqilabi, əməkdar
b) Antifaşist, obyektiv, idealist
c) Psixoloji, tibbi, xallı
6. Substantivləşmiş sifət olan bəndi seçin.
a) Bu kitab yaxşı kitabdır.
b) O çox ağıllı oğlandır
c) Mən çox həssasam.
7. Adverbiallaşmış sifət hansı bənddə verilmişdir.
a) Böyük danışma, oğul!
b) Bu qərarı böyüklər verəcək.
c) Onun böyük oğlu mənlə yaşıddır.
8. Adi dərəcədə olan sifətlər cərgəsini göstərin.
a) Gözəl, mavi, sapsarı
b) Ağıllı, yaraşıqlı, mənəvi
c) Ən üstün, lazımi, lap balaca
9. Azaltma dərəcəsində olan sifətlər cərgəsi hansıdır?
a) Lap kiçik, ən sakit, çox gözəl.
b) Ən kiçik, lap balaca, çox qısa
c) Sarımtıl, uzunsov, qaraşın
10. Çoxaltma dərəcəsində olan sifətlər hansı bənddə verilmişdir?
a) Qıpqırmızı, çox sadə, lap kiçik
b) Ən gözəl, bir az yaxşı, acıtəhər
c) Sarışın, ala-sütül, daha real
11. Hansı cümlədə balaca sözü çoxaltma dərəcəsində olan sifətdir?
a) Balaca uşaq mənə yaxınlaşdı.
b) Ən balaca uşaq qalib seçildi.
c) Bu paltar mənə çox balaca gəldi.
12. Mürəkkəb sifətlər hansılardır?
a) Balacaboy, ağıryüklü, qoşabuynuz
b) Allı-güllü, nazlı, gözəl,
c) Məzəli, mənalı, hündürdaban.