Qadin.NET / Alman dili-X dərs

Alman dili-X dərs

Əziz xanımlar, alman dili dərsinin davamı olaraq yeni dərslərə başlamaq istərdim.

Dərslərin maraqlı olması üçün bacardığımı edəcəyəm.Yəqin ki, Firushka xanımın dərslərini də yaddan çıxarmamısınız.

Bu gün dərsimiz saylara həsr olunur.


Zahlen

 

0 - null (nul, l səsi bir az yumşaq tələffüz edilir)

1 - eins (ayns)

2-  zwei (tsvay)

3 - drei (dray , bəzi alman dialektlərində dğay kimi oxunur, yəni „r“ „ğ“ kimi oxunur)

4 - vier (fia:)

5 - fünf (fünf)

6 - sechs (zeks)

7 - sieben (zi:ben)

8 - acht (axt)

9 - neun (noyn)

10 - zehn (tseyn)

11 - elf (elf)

12 - zwölf (tsvölf)

13-dən 19-a qədər olan rəqəmlərə –zehn (tseyn), məs: dreizehn(13), vierzehn(14);

20-dən 90-a qədər olan rəqəmlərə isə -zig (tsix) şəkilçisi əlavə olunur. Məs: zwanzig (20), dreißig (30), vierzig (40), fünfzig (50), sechzig (60), siebzig (70), achtzig (80), neunzig(90).

21, 22, 33, 45 və s. kimi saylar isə sondan əvvələ oxunur, məs: einundzwanzig, zweiundzwanzig, dreiunddreißig, fünfundvierzig.

 

Cümlələrdə istifadə qaydası:

 Wie alt bist du? – Sənin neçə yaşın var?

Ich bin 27 (yahre alt). – Mənim 27 yaşım var.

 Wie alt ist deine Mutter?-Sənin ananın neçə yaşı var?

Sie ist 53 (yahre alt).- Onun 53 yaşı var.

 

Sıra sayları:

Sıra sayları der(die, das) wievielte? - neçənci?, hansı? suallarına cavab verir.

Der  wievielte Januar ist heute?-Bu gün yanvarın neçəsidir?

Die wievielte Cola trinkst du schon?-Sən artıq neçənci Colanı içirsən?

Das wievielte Kind haben die Brauns schon?-Braunların artıq neçənci uşağıdır?

Sıra sayları artikl, artiklsız və yiyəlik əvəzlikləri ilə işlənə bilər.

-te(1-19)

der/die/das

erste, zweite, dritte,...

-ste(20 və 20-dən yuxarı)

der/die/das

zwanzigste, dreiundzwanzigste, vierzigste...

Sıra saylarından sonra mütləq nöqtə qoyulmalıdır:

Heute ist der 15.(fünfzehnte) Juni.- Bu gün iyunun 15-dir.

 

-ter/-te/-tes(1-19)

zweiter, zweite, zweites...

-ster/-ste/-stes(20 və 20-dən yuxarı)

zwanzigster, zwanzigste, zwanzigstes...

 

Sıra saylarının cümlələrdə istifadə qaydası:


Andrea geht jetzt in die sechste Klasse.- Andrea indi altıncı sinifə gedir.

Diesen Text findest du auf der hunderteinundzwanzigsten Seite.- Bu mövzunu yüz iyirmi birinci səhifədən tapa bilərsən.

 

Tapşırıq 1.
30-dan 40-a qədər rəqəmləri yazın.


Tapşırıq 2.

Das sind meine Eltern: Meine Mutter heißt Kristina und mein Vater heißt Dieter. Meine Mutter ist 47(siebenundvierzig Jahre alt), mein Vater ist 52(zweiundfünfzig Jahre alt).

Bu mətnə uyğun öz ailəniz haqda yazın.

 

Tapşırıq 3. Tərcümə edin.

  -Anke, wann hast du Geburtstag?

-Am kommenden Donnerstag, also am 31. Dezember.

-Und wie alt wirst du ?

-Ich werde 16.


Tapşırıq 4. Tərcümə edin.

 WITZE! (lətifə)

-Mami, der Papi hat gesagt, unsere Vorfahren Affen waren. Ist das wahr?

-Ich weiß es nicht. Papi, hat mir nie etwas über seine Familie erzählt.

 

 

Auf Wiedersehen!smile

28 fevral 2012
GO BACK