Prostokvashino Brendinin Noyabr ayında Sosial şəbəkədə təşkil etdiyi “Xama ilə təzə reseptlər “ mövzulu müsabiqəsində iştirak edən və Bakının tanınmış FOOD Bloggerlerinin izləyiciləri arasında expertlərimizin rəyi əsasında seçilən 15 bacarıqlı xanım Bulvar Hotelde Şef Əbülfəz Həbibov ilə 23 Noyabr şənbə günü iştirak etdikləri Prostokvashino Masterclass-da həm əyləndilər, həm öyrəndilər, həm də Matroskindən hədiyyələr qazandılar !
Masterclass zamanı qaliblər Şef Əbülfəz Həbibov və “Food” Bloggerlərimizlə birlikdə Əbülfəz Həbibovun mətbəxində ilk öncə xardallı və xamalı sous, daha sonra sousla birlikdə göbələkli və toyuqlu salat hazırladılar.
“Coffee break” ilə müşayiət olunan yarım saatlıq fasilədən sonra isə iştirakçılar, bloggerlər və şefimiz mətbəxdə ana yeməyin – xamalı “sobada tərəvəzli və beşamel souslu makaron” hazırlanmasına başladı. Bununla bərabər Şefimizdən xamanın həm təbii tərəvəzlərlə, həm də isti yeməklərlə necə istifadə edə biləcəkləri haqqında dəyərli məlumatlar əldə etdilər.
Masterclass-ın sonunda bütün iştirakçılara Prostokavshino-dan məhsul səbəti hədiyyə olundu və bacaraqlı xanımlarımız Prostokvashino Xaması və məhsulları ilə birlikdə mətbəxdə nəcə təamlar hazırlaya biləcəklərinin sevincini yaşadılar.
Bir sonrakı Masterclass-da iştirak etmək üçün indidən original reseptlər düşünəcəklərini, bu tip “event”ləri həyacanla gözlədiklərini bildirərək, tətbirdə iştirak etməkdən son dərəcə məmnun olduqlarını bildirdilər.
Prostokvashino xaması 100% təbii və yüksək keyfiyyətli süddən hazırlanır. Tərkibində konservantlar və antibiotik yoxdur və saxlama müddəti 40 gündür. Məhz ona görə də o özəl dada malikdir və həm tək şəkildə həm də yeməklərə əlavə olunduqda onların dadına qaymaqlı dad qatır.