QƏNAƏT ETMƏYİN ÜSULLARI
Yeni il öncəsi ev əşyalarını yeniləmək çoxdankı ənənədir. Təəssüf ki, bayramdan öncə onsuz da artan xərclər bu ənənəyə əməl etməyə bəzən imkan vermir. Amma büdcəni düzgün planlayaraq, xərclərin istiqamətini öncədən müəyyənləşdirərək hər kəs qənaət edə, eyni zamanda istədiyi bayram hədiyyəsini özünə icazə verə bilər.
Qadin.Net bu məqalədə məişət texnikasının alışı zamanı xərclərə qənaət etməyin üsullarını araşdırıb. Yeri gəlmişkən, Kontakt Home-da dekabrın 15-dək bütün Samsung məhsullarını indi alıb, ödəməyə gələn ildən (50 gün sonra) başlamaq olar. Bu kampaniya ilə Yeni İl qabağı maddi qayğılarla yüklənmədən ev əşyalarını yeniləmək mümkündür. Həm də məhsulların nağd qiymətini 18 aya bərabər bölməklə. Əgər evə yeni paltaryuyan, soyuducu və ya televizor onsuz da lazımdırsa, niyə bu fürsətdən yararlanıb bayramqabağı özünü və ailəni sevindirməyəsən ki?
Mövzudan çox yayınmadan qənaət etməyin üsullarından danışaq:
Ev əşyası aldıqda, onun uzunömürlü xidmət edəcəyinə diqqət yetirin
Evə dəyərli məhsul alanda ondan nə qədər müddət istifadə edəcəyinizi elə mağazadaca özünüzə sual verin. Hər gün istifadə edilən ev əşyası sahibini yarı yolda qoymamalıdır, ona ödənilən pul öz qarşılığını əməldə göstərməlidir. Bu baxımdan, qənaət həm də, misal üçün, doğru seçilmiş paltaryuyandır. Yaxşı paltaryuyan həm özü uzun illər xidmət etməli, həm də yuduğu parçaların uzunömürlülüyünü təmin etməlidir. Samsung paltaryuyanının əsas üstünlüyü geyimləri zədələmədən asanlıqla yumasındadır. Onun hesabına geyimlər də uzun müddət səliqəli qalır, başqa sözlə, tez-tez yeni paltar almağa ehtiyac qalmır. Bu paltaryuyanının keramik qızdırıcılı elementi ərp bağlamır. Bu, o deməkdir ki, qızıdırıcı element hələ uzun müddət sahibinə xidmət edəcək. Xüsusi 2 pilləli qoruma sistemi isə maşını su sızmasından qoruyur. Yəni qonşularınızla aranızda su basma problemi də olmayacaq.
Samsung Aegis paltaryuyanını nağd alışda 50 manat endirimlə, yaxud ayda cəmi 34 manata 18 aylıq FAİZSİZ şərtlərlə ala bilərsiniz.
Zamanınızı doğru dəyərləndirin
Həyatda ən az qənaət etdiyimiz şey bəlkə də zamandır. Halbuki itirilən pulu geri qaytarmaq mümkün olsa da, zamanı qaytarmaq qeyri-mümkündür. Xüsusən ev təmizliyinə qənaət etmək imkanı varsa, niyə ondan istifadə etməyək? Məsələn, Samsungun bu tozsoranı güclü sorma qabiliyyətinə malikdir. İki ayrı konteyner və 350 VT sorma gücü sayəsində ev tozsoranlamağa sərf edilən vaxta 2 dəfə qənaət etmək olar. Həm də hər dəfə ehtiyat zibil torbası almağa da ehtiyac qalmır. Konteyner dolanda sadəcə zibil vedrəsinə boşaldırsınız, vəssalam. Samsung tozsoranı təkcə evləri təmizləmir, həm də xüsusi filter hesabına məkanda təmiz havanın yaranmasını təmin edir.
Bu tozsoranı Kontakt Home mağazalarından nağd alışda 30 manat endirimlə və ya ayda cəmi 9 manata 18 ayadək FAİZSİZ şərtlərlə ala bilərsiniz.
Fərdi istirahətdə qənaət etmək olmaz
Qənaət dedik, amma insan öz istirahətinə qənaət etməməlidir. Çoxlarımız qış aylarında televizor qarşısında istirahət edirik. Bircə təsəvvür edin: geniş monitor, sevdiyin TV şousu, qovrulmuş şabalıd... Bu mükəmməl mənzərəni yaratmaq üçün bircə Samsung-un 43 diaqonallı Smart Televizoru çatmır. Bu televizorla sevimli TV şoularını 4K Ultra HD keyfiyyətdə izləyə bilərsiniz. Televizorun görüntü keyfiyyəti o qədər yüksəkdir ki, insan gözü reallığı rəqəmsaldan ayırmağa çətinlik çəkir. Universal TV pultu ilə Smart menyunu idarə etmək çox rahatdır.
Bu televizoru nağd alışda 150 manat endirimlə və ya ayda cəmi 64 manata 18 aylıq FAİZSİZ şərtlərlə Kontakt Home-dan əldə edə bilərsiniz.
Qənaət etməyə əslində Kontakt Home və Samsung-la başlaya bilərsiniz. Məhsulları indi alın, pulunu 50 gün sonra hissə-hissə ödəməyə başlayın! Şəbəkənin bütün kampaniya və endirimlərlə bağlı suallarınızı həm də *6060 Çağrı Mərkəzinə zəng edərək verə bilərsiniz.