Yemək yazarı Sahrap Soysal Türkiyənin ən məşhur yemək proqramı aparıcılarındandır, o həm gəzir, həm bişirir, həm də möcüzəvi dəyişikliklər edəcək mətbəx ipucuları verir. Nurlu siması, geniş izahetmə qabiliyyəti və səmimiyyəti ilə hər gün evlərə ‘’qonaq’’ olur. Son bir ayda o tez-tez Azərbaycanla bağlı öz Instagram hesabından paylaşımlar yayımlamağa başladı və aparıcının azərbaycanlı izləyicilərinin bu, gözündən qaçmadı.
Yemək eşqi onu möhtəşəm ləzzətlərin diyarı Azərbaycana biganə qalmamağa sövq etdi. Sahrap xanım yeni yemək və səyahət proqramıyla bu dəfə azərbaycanlı tamaşaçılarının qonağı olacaq.
Səyahətçi və qurman Sahrap xanımın gəzinti proqramında ən möcüzəvi köməkçisi ‘‘Möcüzə’’ yağları onunla olacaq. Sahrap Soysal Möcüzə ilə birlikdə12 bölgə və şəhəri gəzərək Azərbaycan kulinariyasını öz baxışından təqdim edəcək. 12 buraxılış ilə yayımlanacaq ‘‘Qaşıq-qaşıq Möcüzə’’ proqramında bizi möcüzəli reseptlər və söhbətlər gözləyəcək!
Fevral ayının 24-dən etibarən hər bazar günü saat 11-da Xəzər TV-nin ekranlarında diyarımızı Sahrap Soysalla qarış-qarış gəzib, qaşıq-qaşıq dadacaqsınız!