Qadin.NET / Sevimli Malyutka 3 indi hədiyyəli!

Sevimli Malyutka 3 indi hədiyyəli!

Hər zaman uşaqların sağlam qidalanmasına önəm verən “Malyukta” anaları sevindirəcək kampaniyaya start verib. Belə ki, 01 fevral - 01 aprel 2018-ci il tarixlərində keçirilən “Sevimli Malyutka 3 indi hədiyyəli” adlı kampaniya çərçivəsində “Malyutka 3” Qida Balanslı südlü qarışığı alıcıları “Molfix” uşaq bezi bağlamasını hədiyyə qazana bilərlər. Kampaniyanın şərtlərinə əsasən 4 ədəd “Malyutka 3” Qida Balanslı südlü qarışığı qutusunun üst açılan hissəsini kəsib gətirən seçiminə uyğun olaraq “Molfix 4” (45 ədədlik), “Molfix 5” (36 ədədlik) və ya “Molfix 6” (28 ədədlik) uşaq bezi bağlamasından birini hədiyyə qazanır. Hədiyyələr 01 aprel 2018-ci il tarixinə qədər kampaniya ilə bağlı stikerin olduğu müxtəlif mağazalarda təqdim edilir. Kampaniya barədə ətraflı məlumat almaq üçün (012) 514-37-77 telefon nömrəsinə müraciət etmək olar.

Qeyd ədək ki, “Nutricia” şirkətinin beynəlxalq standartlara uyğun gələn inqrediyentlər əsasında hazırladığı “Malyutka” südlü qarışığı və sıyıqları üç yaşa qədər körpələrin sağlam və balanslı qidalanmaları üçündür. “Malyutka 3” Qida Balanslı südlü qarışığı uşağın qidasını zənginləşdirir və onu böyüməsinin ən fəal dövründə unikal ehtiyaclarla təmin edir. “Malyutka 3” Qida Balanslı südlü qarışığı 1 yaşdan yuxarı uşaqların inkişafı üçün balanslaşdırılmış tərkibə malikdir:

- Prebiotiklər sağlam qidalanma üçün bağırsaq florasını dəstəkləyir.

- Dəmir və Omeqa 3 baş beynin fəaliyyətini dəstəkləyir.

- Kalsium və D vitamini düzgün böyümə və sağlam sümüklər üçün vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatı körpənizin böyüməsi, inkişafı və sağlamlığı üçün ilk 6 ayda mütləq olaraq ana südü ilə qidalanmanı, 2 yaşa qədər isə təhlükəsiz və müvafiq əlavə qidalarla birgə ana südü ilə qidalanmanın davam etdirilməsini tövsiyə edir. “Nutricia” bu tövsiyəni tam dəstəkləyir. Vacib qeyd: ana südü körpələr üçün ən yaxşısıdır.

1 fevral 2018
GO BACK