Worldcard-dan yüzminlər qazandıran kampaniya bu il də baş tutur.
Yapı Kredi Bank Azərbaycan Worldcard kredit kartı müştəriləri üçün artıq 6-cı ildir ki, yüz minlər qazandıran möhtəşəm kampaniyasını bu il də təqdim edir. Belə ki, 2018-ci ilin gəlişi ilə əlaqədar olaraq Worldcard istifadəçiləri 2018 manat qazana bilərlər. Bunun üçün, sadəcə, Worlcard-la alış-veriş etmək kifayətdir. Şanslı qaliblərdən biri olub 2018 manat bal qazanmaq üçün Worldcard-la World Üzv Ticarət Obyektlərində 20 AZN və üzəri alış-veriş etmək gərəklidir. Daha çox alış-veriş sizə daha çox şans qazandıracaq və beləcə 2018 manat balı qazanmağa daha da yaxın olacaqısnız. Eyni gündə fərqli Ticarət Obyektlərində də 20 AZN və üzəri alış-veriş etməklə şansınızı artıra bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, bir müştəri sadəcə 1 ədəd 2018 manat qazana bilər və kampaniyada Yapı Kredi Bank Azərbaycana məxsus Pulkart və World Business card iştirak etmir.Kampaniya 8 Dekabr 2017-ci ildən 8 Yanvar 2018-ci il tarixə qədər qüvvədə olacaqdır.
"Yapı Kredi Bank Azərbaycan" dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı "UniCredit" (İtalya) və "Koç Holding" (Türkiyə) olan bank Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.