Qadin.NET / 01.07.2016 - “MAMBO BEACH CLUB” - Sərdar Ortac Bakıda!

01.07.2016 - “MAMBO BEACH CLUB” - Sərdar Ortac Bakıda!

Sərdar Ortac dinləyicilərinə xoş xəbər!

Yepyeni sürprizlər müjdəsi ilə qızmar yay mövsümünə start verən “MAMBO BEACH CLUB” Sərdar Ortac sevənlərini bir daha ətrafına toplayacaq.
Azərbaycan mahnılarına sevgisi ilə seçilən, ifası ilə yalnız Türkiyə deyil Azərbaycan tamaşaçısının da könlünü fəth etməyi bacaran, hər mahnısı hitə çevrilən Türkiyə səhnəsinin əfsanəvi ulduzu müğənni - bəstəkar Sərdar Ortac yenidən Bakının qonağı olacaq.
İstər şəxsi həyatı, istərsə də mahnıları ilə tez tez adından söz etdirən Sərdar Ortac nostaljı və hit mahnılarını 1 iyul, saat 20:00-da Azərbaycan dinləyiciləri üçün səsləndirəcək.
Qızmar yaya coşğulu Sərdar Ortac konserti ilə sərinlik gətirmək istəyənlər həm dənizin, həm gecənin, həm də könül oxşayan musiqinin dadını Sərdar Ortacla məhz “MAMBO BEACH CLUB” da çıxaracaq.
Maraqlı müsabiqələr, xoş sürprizlər, bir də DJ Kənanın ritm şousu əyləncənizə əyləncə, gecənizə isə rəng qatacaq.
Tələsin! Əyləncə, şou, eksklüziv açıqlamalar və süprizlərlə dolu Sərdar Ortac konsertinin məhdud biletlərini şəhərin bütün kassalarından və Asan xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Sevilən mahnıların canlı-canlı dinləyicisinə çevrilib, musiqinin, rəqsin dadını çıxarmaq istəyənlər isə ayaqüstü biletləri “Ramada Baku-Otel Şıxov”, “Şah Palace – Otel İçərişəhər” və “Mambo Beach Club” kassalarından ala bilər.
Ünvan: Salyan şosesi/Şıxov çimərliyi
Telefon: 055 455 05 22
Möhtəşəm gecənin informasiya dəstəkçisi Xəzər TV və Xəzər Fm radiosudur…

23 iyun 2016
GO BACK