Qadin.NET / Bakcell və Wayra UK yerli developerlər üçün müsabiqə (pitch day) təşkil ediblər

Bakcell və Wayra UK yerli developerlər üçün müsabiqə (pitch day) təşkil ediblər

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün AppLab layihəsi ilə əməkdaşlıq edən yerli developerlər üçün müsabiqə (pitch day) təşkil edib.
“Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı hissəsi olan Wayra UK şirkətinə öz layihələrini 11 layihə qrupu təqdim edib:
1. Flapus
2. QuizMindUp
3. BraillePad
4. Alkredit.az
5. FoodLook 

6. Ustam

7. Spinal
8. Shrippy

9. Tradimum

10. MobChannel
11. Kvotter
Wayra şirkətinin məsləhətlərinə əsasən, developerlər AppLab akselerasiya proqramının dəstəyi ilə təqdim etdikləri layihələrinin təkmilləşdirilməsi üzərində işləyəcəklər. 2016-cı ilin sentyabr ayında isə onlar öz layihələrini Londondakı Wayra Akademiyasında təqdim edərək, Wayra UK şirkətindən investisiya almaq imkanını qazanacaqlar.
“AppLab layihəsi ilə işləyən developerlərin Wayra UK kimi potensial investorların diqqətini cəlb edə bilməsini görmək bizim üçün olduqca xoşdur. “AppLab” layihəsinin məzunlarından biri 2015-ci ildə dünyanın 89 ölkəsindən təqdim olunmuş 800 startap ideyası arasında ən yaxşı və parlaq 20 startap layihəsindən biri elan edilib. İndiki zaman Azərbaycanda startap icmasının parlaq gələcəyinin astanası hesab oluna bilər. Milli mobil operator olaraq, biz bu icmanın bir hissəsi olmaqdan fəxr hissi duyuruq və bizim dəyərli tərəfdaşlarımızla birgə yerli developerlərə dəstək göstərmək üçün səylərimizi davam etdirəcəyik” deyə, Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.
“Azərbaycandan gələn startap layihələrinin keyfiyyətini görmək çox sevindirici və ruhlandırıcı idi. Şübhəsiz ki, Azərbaycan hal-hazırda telekommunikasiya sənayesi üçün çox maraqlı və cəlbedici bir məkandır. Gördüyümüz layihələrin arasında nəinki yerli bazarda, hətta dünya miqyasında inqilabi potensiala malik olan bir sıra texnoloji biznes layihələri var idi. İndi əsas məsələ bu layihələri gerçəkləşdirmək üçün ciddi səy göstərilməsindən ibarətdir. Wayra və Bakcell şirkətlərinin təşkil etdiyi müsabiqənin (pitch-day) misalında reallaşan beynəlxalq əməkdaşlıqla bərabər kapitala çıxış imkanları artdıqca, bu ekosistem kifayət qədər ümidverici görünür” deyə, Wayra UK şirkətinin Akselerasiya Proqramı Meneceri Harri Deyvis bildirib.
Bakcell və Wayra UK şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarından başlanıb. Bu əməkdaşlığın əsas məqsədi yerli layihələri potensial investorlara və tərəfdarlara nümayiş etdirməkdir. Wayra UK, qlobal sahibkarlıq və innovasiya şəbəkəsi olan “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi tanınan bir hissəsidir. Applab, Bakcell və Wayra UK Azərbaycanın bütün gənc developerlərinə və sahibkarlarına öz ideyalarını təqdim etmələrinə və müdafiə etmələrinə imkan yaradırlar.
2012-ci ilin sentyabr ayında İrlandiyada fəaliyyətinə başlamış Wayra şirkəti Telefónica şirkətinin rəqəmsal texnologiyalar sahəsində çalışan startaplar üçün həyata keçirdiyi qlobal akselerasiya proqramının bir hissəsidir. Hal-hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra “bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənib.
“Applab” icmasına qoşulmaq istəyən gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.

4 may 2016
GO BACK