Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bildirir ki. velosipedlə dünya turuna çıxan azərbaycanlı səyyah Tural Abbasov səfər boyu “Bakcell”in intrenet, zəng və SMS xidmətindən istifadə edəcək.
2016-cı ilin yanvarında Bakıdan Çin istiqamətində yola düşən velosipedçi səyyah artıq 10200 km-dən çox məsafə qət edərək Orta Asiyadan keçib. Hazırda Taylandda olan Tural “Bakcell”in rouminq xidməti vasitəsilə öz səyahət təcrübəsini http://velotural.az/ və https://www.facebook.com/velotural/ səhifələrində bölüşür.
“Səfər zamanı güvənli və keyfiyyətli mobil rabitə çox vacib amillərdən biridir. Rouminq xərclərimi öz üzərinə götürdüyünə görə Bakcell şirkətinə təşəkkürümü bildirirəm. Bu, mənim üçün maddi dəstəkdən daha çox velosiped və velosəyahət mədəniyyətinin inkişafına və təbliğinə verilən töhfənin, mənim və mənim kimi insanların işinə olan diqqətin nümunəsidir. Bu yaxşı göstəricidir və ümid edirəm ki, Azərbaycandakı başqa şirkətlər də Bakcell şirkətindən nümunə götürəcək”, deyə Tural Abbasov bildirib.
Azərbaycanlı velosəyyahın səfər təəssüratlarını həmçinin “Bakcell”in rəsmi “Facebook” səhifəsindən izləyə bilərsiniz: https://www.fb.com/Bakcell/