Qadin.NET / “Gədəbəy Mineral Suları” MMC ixrac imkanlarını genişləndirir.

“Gədəbəy Mineral Suları” MMC ixrac imkanlarını genişləndirir.

“Gədəbəy Mineral Suları” Məhdud Məsuliyyətli Cəmiyyəti ixrac yönümlü istehsalını artırır.
Qadin.Net-in məlumatına görə, şirkət artıq Rusiyanın paytaxtı Moskvaya öz məhsullarını ixrac etməyə başlayıb.
Şirkətin baş direktoru İlham Əliyev bildirib ki, daxili bazarda xüsusi payı olan, mineral sular və limonadlar istehsal edən müəssisə yaxın vaxtlarda daha bir neçə xarici bazara çıxış əldə edəcək:
“Orta asiya respublikalarında, ərəb ölkələrində artıq danışıqlar aparmışıq. Yaxın vaxtlarda bu bazarlarda da öz məhsullarımızı satmaq istəyirik. Bildiyiniz kimi, Azərbaycanın Qərb regionunda yerləşən Gədəbəy rayonu dünyanın ekoloji cəhətdən ən təmiz yerlərindən biridir. Gələcəkdə satış üçün həm də bioorqanik və ekoloji təmiz məhsullar istehsal etməyi planlaşdırırıq”.
Qeyd edək ki, 2010-cu ildən fəaliyyət göstərən şirkət innovasiyalar tətbiq etməklə istehsal səviyyəsini yüksəltməyi hədəfləyir.Şirkət rəhbərlyi hesab edir ki, ölkə prezidenti tərəfindən sahibkarlıq gününün təsis olunması və sahibkarlarla keçirilən görüşlər ölkədə yerli istehsalın artmasına stimul olacaq.
Video - http://video.az/video/gedebey-mineral-sulari-151467

29 aprel 2016
GO BACK