Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Novruz bayramı firavanlığın başlanğıcıdır. Novruz ruh yüksəkliyi, torpağa, insana məhəbbət bayramıdır!
Bu vəsilə ilə, Yeni Zelandiyadan 100% kərə yağı - "Best Cow" markası Azərbaycan xalqının Novruz bayramını təbrik edir, sevimli bayramın sizlərə sağlamlıq, dinclik, xoşbəxtlik, bolluq və bərəkət gətirməsini diləyir!
"Best Cow" kərə yağlarından milli və xarici xörəklərin hazırlanmasında, səhər yeməyində, eləcə də şirniyyat bişirərkən rahatlıqla istifadə edə bilərsiniz. Əsl kərə yağı – kəskin qoxusunun olmaması, solğun sarı rəngdə olması, əridilən zaman köpüklənməməsi və torta vərməsi kimi fərqlənən xüsusiyyətlərinə görə digərlərindən fərqlənir.Sadalanan bütün özəlliklərin "Best Cow" kərə yağlarında cəmlənməsi onun 100% Yeni Zelandiya, əsl kərə yağı olmasını təsdiqləyir!
Çəki və paket formalarında istehsal olunan “Best Cow" kərə yağlarını 200 qr, 450 qr, 1 kq, 2,5 kq, 5 kq paket formalarında şəhərimizin bütün marketlərindən əldə edə bilərsiniz.
Best Cow – Tanış dadın yeni adı!
Bayramınız mübarək!