Qadin.NET / Bakcell abunəçilərinin balansını ikiqat artırır

Bakcell abunəçilərinin balansını ikiqat artırır

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti “İkiqat Balans” kampaniyasına start verir. 2 fevral 2016-cı il tarixindən etibarən başlayan bu kampaniya çərçivəsində bütün CIN abunəçiləri nömrələrinin balansını ikiqat artırmaq imkanı əldə edəcəklər. İkiqat bonusu əldə etmək üçün abunəçi *525#YES kodunu yığmalıdır.
Bonus təklifi hər bir abunəçinin fərdi sərfiyyatına uyğun olaraq təqdim edilir və nömrənin balansının müəyyən hissəsini ikiqat artırmağa imkan verir. Bu təklifdən faydalanmaq istəyən abunəçilər *525#YES kodunu yığmaqla balansın hansı hissəsinin ikiqat artırılma imkanına malik olduğunu öyrəndikdən sonra asanlıqla bu bonusu ala bilərlər.
“Bu Bakcell abunəçiləri üçün aylıq xərclərin optimallaşdırılması və ödədikləri məbləğ müqabilində daha çox dəyər əldə etmələri üçün fantastik həlldir”, deyə Bakcell şirkətinin baş marketinq direktoru  Mariya Toyçeva bildirib.
Əldə edilən bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də, SMS və MMS yollanılması üçün istifadə edilə bilər.
*100#YES kodunu yığmaqla abunəçi bonus balansını yoxlaya bilər.Alınan ikiqat məbləğ qoşulmadan sonra 7 gün ərzində istifadə oluna bilər. Bu kampaniya çərçivəsində məbləğin ikiqat artırılmasını bir neçə dəfə etmək mümkündür.

2 fevral 2016
GO BACK