Bakcell Xalq Bank pul köçürmə sistemlərinin xidmətlərindən istifadə edən abunəçilərinə pulsuz danışıq dəqiqələri təklif edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Xalq Bank ilə birlikdə “Daha çox köçür, daha çox qazan!” adlı yeni kampaniyaya start verildiyini böyük məmnuniyyətlə elan edir.
Bu kampaniyanın məqsədi Xalq Bankın potensial müştəriləri tərəfindən həyata keçirilən pul köçürmə əməliyyatlarını həvəsləndirməkdir.
Kampaniya 10 dekabr 2015-ci ildən başlanacaqdır. Kampaniyanın davam etdiyi müddətdə Xalq Bankın filiallarında fəaliyyət göstərən Western Union, Contact, Privat Money, LİDER, UPT, Blizko, Monex pul köçürmə sistemlərindən istifadə edən müştərilərə Bakcell mobil operatorundan danışıq dəqiqələri hədiyyə ediləcəkdir.
Xalq Bankın filiallarında qeyd olunan təcili pul köçürmə sistemləri vasitəsilə Bakcell abunəçiləri dünyanın 200-dən artıq ölkəsinə asanlıqla pul göndərmək və ya almaq imkanına malikdirlər.
Xalq Bankın filiallarında təcili beynəlxalq pul köçürmə sistemləri vasitəsilə 100 AZN-dən 500 AZN-ə qədər təcili pul köçürməsi edən və ya alan Bakcell abunəçilərinin balansına pulsuz 10 danışıq dəqiqəsi yüklənir.
500 AZN-dən 1000 AZN-ə qədər pul köçürməsi edən və ya alan müştərilərə 20 dəqiqə bonus dəqiqələri verilir. Əgər pul köçürməsinin məbləği 1000 AZN-dən yuxarıdırsa, abunəçiyə Bakcell şirkətindən 30 pulsuz danışıq dəqiqələri hədiyyə verilir.
Bu kampaniya çərçivəsində, Monex pul köçürmə sistemi vasitəsilə 101 AZN-dən 500 AZN-ə qədər təcili pul köçürməsi edən müştərilərə 5 dəqiqə hədiyyə verilir. 501 AZN-dən 1000 AZN-ə qədər təcili pul köçürməsi edən müştərilərə Bakcell şirkətindən 10 dəqiqə, 1001 AZN-dən yuxarı təcili pul köçürməsi edən müştərilərə isə 15 pulsuz danışıq dəqiqələri hədiyyə verilir.
Daha ətraflı məlumat üçün http://ulduzum.az/partner/XalqBank səhifəsinə daxil olmağınız və ya 138 nömrəsinə zəng vurmağınız xahiş olunur.